Modern.az

"Söyün Sadıqovun Azərbaycan adından ermənilərlə görüşməsi yolverilməzdir"

"Söyün Sadıqovun Azərbaycan adından ermənilərlə görüşməsi yolverilməzdir"

13 Noyabr 2012, 12:22

Qarabağın erməni və azərbaycanlı icması arasında yeni görüş planlaşdırılıb. Modern.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, hazırda görüşün baş tutması üçün fəaliyyət göstəririlər. R.Rzayev görüş barədə daha detallı məlumatın bir müddət sonra veriləcəyini qeyd edib.

Deputat Moskvada “Oliqarxlar ittifaqı”nın erməni diasporu ilə görüşünü tənqid edib. O bildirib ki, Söyün Sadıxovun Azərbaycan adından ermənilərlə görüş keçirməsi yolverilməzdir. “Dağlıq Qarabağ İcması belə bir təşəbbüslə çıxış edib. Amma Söyün Sadıxov kimi şəxslərin bu işlərə müdaxilə etməsinin əleyhinəyik. Onun bu barədə danışmağa mənəvi haqqı yoxdur. Belə görüşlər yalınız Azərbaycan vətəndaşı olan şəxslərlə Dağlıq Qarabağ erməniləri arasında keçirilməlidir. Belə bir görüşün keçirilməsi gündəlikdə var. Bu yöndə iş gedir, çox ciddi səylər göstərilir. Biz bildirmişik ki,  istənilən formatı qəbul etməyə hazırıq”.

R. Rzayev onu da qeyd edib ki, ictimai nümayəndələr ilə görüşlər üçün hər iki ölkənin prezidentləri razılığa gəlməlidirlər. “Hazırda Ermənistan rəhbərliyi bu görüşlərin əleyhinədir. Onlar bu formada görüşü keçirməyi istəmirlər. Lakin Dağlıq Qarabağın erməni icması ilə görüş keçirməsi gündəmdə qalır“.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir