Modern.az

Elşad İskəndərov: “İşğal olunmuş ərazilərdə 65 dini abidə dağıdılıb”

Elşad İskəndərov: “İşğal olunmuş ərazilərdə 65 dini abidə dağıdılıb”

Təhsil

13 Noyabr 2012, 12:24

“Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən dağıdılmış dini abidələrin siyahısı artıq hazırdır, siyahıya 67 abidə daxil olub”. Modern.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

E. İskəndərovun sözlərinə görə, bir müddət öncə Londonda “Avropada multikulturalizm konteksində Azərbaycanda tolerantlıq modeli” adlı konfrans keçirilib və bu məsələ ilə bağlı təqdimat olub.
 “Söhbət burada alban-xristian kilsəsinə məxsus, mənimsənilmiş abidələrindən gedir. Bunlar, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam irsinə məxsus məbədlər və dini mərkəzlər haqqında məlumatları da dünya ictimaiyyətinə çatdıracağıq”, – deyə komitə sədri bildirib.

Komitə sədri qeyd edib ki, bütün aparılan sorğular onu göstərir ki, Azərbaycanda din və dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir. “Əhalinin əksər hissəsi aparılan sorğulardan razıdır. Eyni zamanda ölkəmizdə milli mənəvi dəyərlərimizə marağın artması da müşahidə olunur. Bu, 5-10 il bundan qabaq aparılan sorğularla müqayisədə də özünü göstərir”.

Dini komitənin sədrinin sözlərinə görə, sorğuda açıq-aşkar o da özünü göstərir ki,  dini zəmində radikalizm üçün ictimai dəstək zəmini yoxdur.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir