Modern.az

“Azərbaycan müsəlmanlarının 45 faizi özünü İslamın heç bir məzhəbinə aid etmir”

“Azərbaycan müsəlmanlarının 45 faizi özünü İslamın heç bir məzhəbinə aid etmir”

13 Noyabr 2012, 12:28

“Azərbaycandakı müsəlmanların 45%-i özünü heç bir dini qola ayırd etmir”. Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti yanındsa Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, ölkədə dindarlardan 38%-i özünü şiə, 14%-i sünni adlandırır.

O rta məktəblərdə hicab məsələsinə də toxunan SAM sədri bildirib ki, əhali arasında keçirilən sorğuda respondentlərin 46%-i məktəblərdə hicabın yolverilməz olduğunu bildirib. F.Məmmədov qeyd edib ki, respondentlərin 40,2%-i neytral mövqe tutduqları halda, 3,8%-i bunu şəxsi azadlığa hörmətsizlik kimi qiymətləndirib.   

E.İskəndərov Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın “Dini etiqad azadlığı haqqında” Qanununa verdiyi rəyi şərh edib. O, bildirib ki, rəy verərkən reallıqları, geosiyasəti, ölkənin tarixi təcrübəsi və ənənələrini nəzərə almaq lazımdır.

“Yalnız akademik nöqteyi-nəzərdən çıxış etmək olmaz. Azərbaycan Venesiya Komissiyasının rəyini nəzərə alır, analiz edir və reaksiya verir. Dialoq davam edəcək. Lakin Azərbaycan bu və digər sahələrdə müstəqildir, geosiyasi mövqeyinə və milli maraqlarına cavab verən siyasət yürüdür”.  

Anar Kəlbiyev
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir