Modern.az

NATO Parlament Assambleyasında Metsamor AES-in məsələsi qaldırılıb - DEPUTAT

NATO Parlament Assambleyasında Metsamor AES-in məsələsi qaldırılıb - DEPUTAT

Təhsil

13 Noyabr 2012, 12:34
NATO Parlament Assambleyasının iclaslarında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə toxunulmayıb. Bu barədə Modern.az-a Milli Məclisin NATO Parlament Assambleyasının üzvü Məlahət İbrahimqızı məlumat verib.

“Bu iclaslarda Dağlıq Qarabağla bağlı gündəmdə heç nə yox idi. Amma Türkiyə və Azərbaycan nümayəndə heyəti bir yerdə Ermənistandakı “Metsamor” atom elektrik stansiyanın ləğvi ilə bağlı bir material hazırladıq, bununla bağlı ciddi məsələ qaldırdıq. Bizə bildirdilər ki, bu məsələyə Avropa Komissiyası baxır. Qaldırılmış mövzuya çox yaxşı qarşılandı, NATO rəsmiləri də bununla bağlı öz narahatlıqlarını bildirdilər. Dedilər ki, Avropa Komissiyası bu iş üzərində işləyir. Yekun məruzə hazır olanda qərar bilinəcək”.  

Xatırladaq ki, NATO-nun Parlament Assambleyasının iclasları bu gün bitir. İclaslarda millət vəkilləri Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev iştirak edirlər.  

Nihadə Eyyubova
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!