Modern.az

“İctimai Palatanın növbəti aksiyasının vaxtı bəlli deyil” - Koordinasiya Şurasının cəbhəçi üzvü

“İctimai Palatanın növbəti aksiyasının vaxtı bəlli deyil” - Koordinasiya Şurasının cəbhəçi üzvü

13 Noyabr 2012, 12:43

“Noyabrın 17-də keçiriləcək aksiya təkcə müxalifətçi gənclərin deyil, eyni zamanda internet fəalları, diaspora nümayəndələri, siyasətçilərin daxil olduğu birlik tərəfindən təyin olunub. Təbii ki, gənclər də burada aktiv iştirak edəcəklər”. Bunu Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Fuad Qəhrəmanlı bildirib.

O, qeyd edib ki, belə aksiyalara İctimai Palata həmişə dəstək verib. İctimai Palata tərəfindən keçiriləcək aksiyanın təyin olunacağı vaxtın dəqiq olmadığını deyən Fuad Qəhrəmanlı bildirib ki, bu məslə ilə bağlı müzakirələr olub. “İctimai Palatada bir neçə gün əvvəl aparılan müzakirələr zamanı bununla əlaqədar müxtəlif fikirlər səslənsə də, yekun qərarın nə vaxt veriləcəyi bəlli deyil. Növbəti aksiya Koordinasiya Şurasının təyin edəcəyi tarixdən asılıdır”.  

Aqşin Kərimov  
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər