Modern.az

Fransa prezidenti ermənilərə "soyqırım”la bağlı söz verdi

Fransa prezidenti ermənilərə "soyqırım”la bağlı söz verdi

13 Noyabr 2012, 12:54

Fransa prezidenti Fransua Olland həmkarı Serj Sərkisyanla görüşündən sonra erməni mətbuatına dırnaqarası soyqırımla bağlı açıqlama verib. Modern.az  Panarmenian-a istinadən bildirir ki, fransız dövlət başçısı prezident seçkiləri zamanı “erməni soyqırımı”na dair verdiyi sözü yerinə yetirəcək. Olland açıqlamasında bildirib ki, onun rəhbərliyi ilə “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması layihəsi yeni formatda hazırlacaq ki, bu da Konstitusiya Məhkəməsinə zidd olmayacaq. Verdiyi sözün üstündə durduğunu bildirən Ollan qondarma soyqırımını yenidən gündəmə gətirəcəyini vurğulayıb.

Qeyd edək ki, cari ilin yanvar ayında "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi Fransa Senatında qəbul olunsa da, Konstitutsiya Şurası bu qanunu təsdiq etmədi. Eks-prezident Sarkozinin başlatdığı qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro məbləğində cərimələnməsini nəzərdə tuturdu.

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir