Modern.az

Eynulla Fətullayev, Bəxtiyar Hacıyev və Xədicə İsmayılova nazir müavini ilə görüşüblər

Eynulla Fətullayev, Bəxtiyar Hacıyev və Xədicə İsmayılova nazir müavini ilə görüşüblər

Aktual

13 Noyabr 2012, 13:32

Almaniya xarici işlər nazirinin müavini Korneliya Piper noyabrın 13-də Bakıda Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb. Modern.az-ın məlumatına görə, görüşdə “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev, gənc fəal Bəxtiyar Hacıyev, Rəsul Cəfərov və jurnalist Xədicə İsmayılova iştirak ediblər.

E.Fətullayevin sözlərinə görə, hazırda Azərbaycanda rəsmi səfərdə olan Almaniya XİN başçısının müavini bu görüşdə vətəndaş cəmiyyətinin  problemləri, habelə ölkəmizdə fundamental insan hüquq və azadlıqlarının  vəziyyəti ilə maraqlanıb.


“Mən diqqəti bizim təşkilatın fəaliyyətinə yönəltdim. Bildirdim ki, “İnsan Haqları Uğrunda” İctimai Birlik Almaniyanın xarici siyasət idarəsinin yardımı sayəsində cəzaçəkmə müəssisələrində müntəzəm olaraq monitorinqlər həyata keçirir. Məhbusların, siyasi motivlərlə həbs edilmiş insanların problemləri ilə məşğul olur. Almaniya XİN başçısının müavini ilə həmin görüşdə siyasi məhbusların taleyinin bizim üçün çox əhəmiyyətli olduğunu bir daha vurğuladıq. Biz həmçinin AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi, alman deputat Kristofer Ştrasserin missiyası ilə bağlı yaranmış problemləri də müzakirə etdik” - deyə hüquq müdafiəçisi bildirib.
Onun sözlərinə görə,  almaniyalı qonağın nəzərinə çatdırılıb ki, bu gün vətəndaş cəmiyyətinin başlıca vəzifəsi neosovetizmin ictimai şüurda artıq çoxdan oturuşmuş süni stereotiplərindən xilas olmaq və Avropanın demokratik dəyərlərinə uyuşub qovuşmağımızdır.

E.Fətullayev həmçini bildirib ki, Azərbaycan reallıqlarında işləməyin, siyasi və sosial problemlərin həllinə təsir göstərməyin, demokratikləşmə prosesini inkişaf etdirməyin mümkünlüyü də alman nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır