Modern.az

Eks-prezidentin məzarı açıldı

Eks-prezidentin məzarı açıldı

13 Noyabr 2012, 13:47

Fələstin lideri Yasir Ərəfatın qəbrinin açılmasına başlanıb. Modern.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, eks-prezidentin müəmmalı ölümü ilə bağlı qaldırılan iddia əsasında məzarın esqumasiyasına bu gün start verilib. Məlumata görə, Ərəfatın nəşindən müəyyən nümunələr götürülərək ekspertizaya təqdim olunacaq

Fələstin liderinin məzarının noyabrın 26-da açılacağı bildirilirdi. Hətta  İsveçrənin Lozanna şəhərindəki radiofizika İnstitutunun bir qrup ekspertin artıq Ərəfatın mavzoleyi yerləşən İordan çayının Qərb sahilinə gəldiyi bildirilib.

Qeyd edək ki, Yasir Ərəfat 2004-cü ilin dekabrında Fransada vəfat edib. Fələstin liderinin ölümü haqqında mötəbər məlumatlar açıqlanmadığı üçün onun zəhərlənərək öldürülməsi barədə xəbərələr yayılıb.

Bu arada Rusiya Yasir Ərəfatın ölümünü araşdırmaq üçün Fələstinə heyət göndərir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Fələstin prezidenti Mahmud Abbas Yasir Ərəfatın ölümünün araşdırılması üçün yaradılan beynəlxalq komissiyada Rusiyanın da yer almasını istəyib.

Ərəfatın ölümünün şübhəli olduğunu və buna görə məsələni BMT-nin  müzakirəsinə çıxaracaqlarını bildirən M. Abbas qeyd edib ki, Fələstin rəhbərliyi, Fransa istintaqçıları, isveçli mütəxəssislər və Rusiya hökuməti ilə birgə Ərəfatın ölümünün səhnə arxasını aydınlaşdırmaq üçün iş birliyi edəcəklər.
Yasir Ərəfatın qohumu Nasir əl-Küdcə bir neçə gün öncə verdiyi açıqlamasında İsraili günahlandıraraq bildirib ki, “Ərəfatın İsrail tərəfindən sui-qəsdə məruz qaldığı aydındır, qəbrinin açılmasına gərək yoxdur”.

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir