Modern.az

“Böyük İpək Yolu” təşkilatından jurnalistlərə fürsət

“Böyük İpək Yolu” təşkilatından jurnalistlərə fürsət

13 Noyabr 2012, 14:29

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı üzv ölkələrlə birgə gənc jurnalistlər üçün beynəlxalq miqyaslı yazı müsabiqəsi təçkil edib. Müsabiqə 25 ölkənin gənc jurnalistlərinin təyin olunmuş mövzular üzrə özlərinə məxsus məqalə, araşdırma, xüsusi esselərlə iştirakını nəzərdə tutur.

Modern.az xəbər verir ki, qiymətləndirmə qaydalarına uyğun olaraq “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqına daxil olan ölkələrin hər birində peşəkar jurnalistlərdən və qurumu təmsil edən bir nümayəndədən ibarət münsiflər heyəti ən yaxşı 3 müstəqil işi seçəcək. Ardınca, seçilmiş həmin yazılar üzv ölkələrin mətbuatında geniş səviyyədə işıqlandırılacaq. Azərbaycanda keçirilən müsabiqənin qalibinə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının 29-30 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana keçiriləcək Üzvlər Şurasında iştirak etmə imkanının verilməsi, həmçinin digər iki qalibin notubuk, mobil telefon kimi hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, hər bir üzv ölkədə birinci yerə layiq görülən jurnalist təşkilatın yerli səviyyədə rəsmi KİV nümayəndəsi statusunu və təşkilatın tədbirlərində daimi iştirak etmək hüququnu qazanacaq.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı tərəfindən təşkil olunan müsabiqənin elanı həm də sosial şəbəkələrdə yerləşdiriləcək. Elan olunan gündən 20 noyabt tarixinə qədər [email protected] ünvanına təqdim olunacaq sərbəst işlər qiymətləndirildikdən sonra yekun mərhələdə səsvermə yolu ilə seçiləcək.  

Müsabiqədə 20-35 yaş arası gənc jurnalistlər iştirak edə bilər. Həcmi 5000 işarədən böyük olmamaq şərti ilə təqdim olunacaq işlər Azərbaycan dilində yazılmalı və aşağıdakı mövzularda olmalıdır:   1)Azərbaycanın İpək Yolunda oynadığı tarixi, mədəni rolu 2)Tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasındakı mədəniyyətlərarası dialoq 3)Müasir dövrdə İpək Yolu şəhərlərinin mədəni transformasiyası  

Anar Kəlbiyev
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir