Modern.az

Türkiyə Qəzetçilər Federasiyası PJB-nin təklifinə reaksiya verdi

Türkiyə Qəzetçilər Federasiyası PJB-nin təklifinə reaksiya verdi

Media

16 Fevral 2010, 17:44

Türkiyənin Nevşehir bölgəsində keçirilən Türkiyə Qəzetçilər Federasiyasının 29-cu başqanlar konseyinin nəticələrilə bağlı yekun sənəd qəbul edilib. Yekun sənəddə Türkiyənin 75 jurnalist təşkilatının birləşdiyi federasiya Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının Qarabağ məsələsi ilə bağlı qaldırdığı məsələni dəstəkləyib. Modern.az-a göndərilən sənəddə bildirilir ki, Türkiyə Qəzetçilər Federasiyasına üzv olan 4 Azərbaycan jurnalist təşkilatının qatıldığı toplantıda, son dönəmlərdə Türkiyə ile Ermənistan arasında imzalanan protokol  gündəmə gətirilib: “Azəri məsləkdaşlarımızın çıxışlarında baş verən proseslərin xalq üzərində yaratdığı xəyal qıırıqlığı və əndişəsi dilə gətirildi. Türkiyə Qəzeteçilər Federasiyasının üzvləri dost ve qardaş Azerbaycan xalqını, məsləkdaşlarının yanındadır. Başda Qarabağ olmaqla bütün məsələlərdə və sıxıntıda Azərbaycan xalqının yanında olduğumuzu bir daha təkrar edirik”. Türkiyə Qəzetçilər Federasiyası bildirib ki, türk mətbuatı 2010-cu ildə Qarabağ məsələsinə xüsusi diqqət verəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu