Modern.az

“Azəriqaz” İB-də "qaynar xətt" fəaliyyətə başladı

“Azəriqaz” İB-də "qaynar xətt" fəaliyyətə başladı

16 Fevral 2010, 23:21

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində "qaynar xətt" fəaliyyətə başlayıb. Bundan sonra vətəndaşlar ölkənin qaz təchizatı sistemi ilə bağlı yaranmış problem, təklif və suallarla sutka ərzində istənilən vaxt 185 nömrəsinə zəng edə bilərlər. Modern.az bu barədə ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir. Ölkənin qaz təchizatı sistemində “mavi yanacaq”dan istifadə qaydalarının pozulması, onları doğuran səbəblərin aradan qaldırılması, istehlakçılar arasında mənzillərdə və digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydaları, eləcədə qaz təsərrüfatında yaranmış problemlərlə bağlı abunəçiləri maraqlandıran sualların da "qaynar xətt" vasitəsilə cavablandırılması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir