Modern.az

Qaradağlı qətliamından 18 il keçir

Qaradağlı qətliamından 18 il keçir

16 Fevral 2010, 23:00

Fevralın 16-da “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birlikdə “Qaradağlı qətliamından 18 il keçir” mövzusunda “dəyirmi masa” keçirib.
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Birliyin sədri Esmira Orucova torpaqlarımıza olan ərazi iddialarını bəşər tarixində misli görünməmiş cinayətkarlıqla həyata keçirən erməni işğalçılarının Xocavənd rayonunun Qaradağlı kəndində törətdikləri çirkin əməllərdən danışıb. Qeyd edib ki, Qaradağlı kəndinə hücum nəticəsində kənd sakinlərindən 9 nəfər əsir götürülüb, 6 nəfər itkin düşüb, 90-a yaxın şəxs isə şəhid olub.
Bildirilib ki, Azərbaycan xalqının tarixində qanlı səhifələrdən olan Qaradağlı faciəsi hələ də lazımi səviyyədə ictimaiyyətin diqqətinə çatdırılmayıb.
Çıxışlarda faciənin şahidləri ermənilərin törətdikləri cinayətkar əməllərdən danışıblar. Qeyd edilib ki, xalqımız, o cümlədən gələcək nəsillər bu faciə barədə ətraflı məlumatlandırılmalıdırlar.
Sonda BMT-nin, ATƏT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliklərinə, Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinə, eləcə də xarici dövlətlərin səfirliklərinə müraciət ünvanlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi