Modern.az

Ali məktəb məzunları diploma görə rüsum ödəməlidirlərmi?

Ali məktəb məzunları diploma görə rüsum ödəməlidirlərmi?

17 Fevral 2010, 09:51

Azərbaycanda əvvəlki illərdə ali məktəbləri bitirən məzunlar var ki, diplomlarını almayıblar. Buna səbəb bir tərəfdən onların iş tapa bilməmələrina görə həmin sənədi ələ etməyə tələsməmələri, digər tərəfdən diplom verən ali məktəblərdə dövlət rüsumu adı ilə rüşvət istənilməsidir. Ümumiyyətlə, müşahidələr göstərir ki, əksər məzunlar, eləcə də sabah ali məktəbi bitirəcək tələbələr diploma görə dövlət rüsumunun olub-olmadığını, əgər varsa onun qanuni məbləğini bilmirlər.

 

Modern.az “ali məktəblərin məzunları diploma görə rüsum ödəməlidirlərmi?” sualı ilə Təhsil Nazirliyinə müraciət edib. Nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov sorğumuza cavab olaraq bildirib ki, həm dövlət, həm də özəl ali məktəblərin məzunları diploma görə 1 qəpik də rüsum ödəməməlidirlər: “Çünki 2005-ci ildən ali məktəblərdə diplom rüsumu ləğv edilib”.

Amma bəzi məlumatlara görə, həm dövlət, həm də özəl universitetlərdə məzunlardan dilomun “rüsum”u tələb olunur, verməyənlər süründürməçiliyə salınır.

“Tələbələrin beynəlxalq əməkdaşlığı" İctimai Birliyinin sədri Elnur Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Azərbaycan Beynəlxalq Universitetindən, Avrasiya Universitetindən, Təfəkkür Universitetindən, Xəzər Universitetindən olan məzunlar bu məsələ ilə bağlı onlara müraciət edib. “Bu universitetlərdə  diplom rüsumu isə 50-100 manat pul yığılır. Bəzi universitetlərdə hətta bunu “qanuniləşdirib”, ödənilən pulun müqabilində çek də verirlər”.

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov deyir ki, universitetlərdə diploma görə rüsum istənilməsi qanunsuzluqdur: “2005-ci ilə qədər diplom rüsumu 3-5 manat arasında idi. Ancaq sonradan həımin sənədin rüsumu ləğv edildi. Özəl universitetlərdə belə problemin olduğu bildirilir. Ancaq bununla bağlı  bizə müraciət edən olmayıb”. 

Günay Musayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir