Modern.az

Neft Akademiyasından ildə 15-dən çox tələbə qovulur

Neft Akademiyasından ildə 15-dən çox tələbə qovulur

Ölkə

17 Fevral 2010, 10:05

Azərbaycandakı dövlət və özəl ali məktəblərdə oxuyan tələbələr sırasından hər il bir qrupu müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunurlar. Təhsil Nazirliyinin rəsmiləri bildirirlər ki, həmin tələbələr təhsildən “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”yə uyğun kənarlaşdırılırlar. Qeyd edək ki, sözügedən əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. Əsasnamədə tələbənin öxuduğu ali məktəbdən xaric edilmə səbəbləri də göstərilib. Belə ki, tələbə öz arzusu ilə,  başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunmuş miqdardan (bir semestr ərzində ali məktəbin  müəyyənləşdirdiyi miqdardan) çox dərs buraxdığına görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının  arayışına əsasən)  ali məktəbdən xaric edilə bilər.

Başa çatmaqda olan qış imtahan sessiyası dövründə də ali məktəblərdən xaric edələn xeyli sayda tələbə var. Onlardan biri də Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilən tələbə-jurnalst Elmin Bədəlovdur. E.Bədəlov deyir ki, ADNA barəsində mətbuatda tənqidi yazı ilə çıxış etdiyinə görə onu təhsildən kənarlaşdırıblar. Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov isə E.Bədəlovun iddiaları ilə razılaşmır. Ə.İmanov Modern.az-a deyib ki, nazirlikdə ADNA-dan xaric edilən tələbə-jurnalsit Elmin Bədəlovun şikayətinə baxılıb: “Bu tələbə imtahanda köçürmədən istifadə etdiyi üçün ali məktəbdən xaric edilib. Neft Akademiyasından hər il 15-dən çox tələbə qovulur. Bunun da başlıca səbəbi oxuya bilməmələridir”.

Ə.Paşayev onu da əlavə edib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı da bu cür hallar var: “Bəzən görüsən ki, tələbə 5-6 il oxumalıdır. Ancaq 14-15 il universitetdə qalmalı olur. O vaxta qədər ki, kredit sisteminə müvafiq olaraq imtahanları verir”.

 

Günay MUSAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir