Modern.az

Jurnalistlər üçün ən ağır il

Jurnalistlər üçün ən ağır il

17 Fevral 2010, 11:30

2009-cu il  jurnalistlər üçün ən ağır il olub. Modern.az xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitənin (CPJ ) hesabatında bildirilir. “2009-cu ildə mətbuata hücum” adlı hesabatda  qeyd olunur ki,  2009-cü ildə jurnalistlərin təqibləri son 30 il ərzində ən yüksək səviyyəyə çatıb. New Yorkda mənzillənən nüfuzlu təşkilatın apardığı qeydiyyat dünyanın müxtəlif guşələrində müxbirlər üzərinə hücumların sayının kəskin şəkildə artdığına dəlalət edir. 2009-cu ildə 31 filipinli jurnalist daxil olmaqla 70 dən çox reportyor qətlə yetirilib. 170 yaxın müxbir həbsə atılıb. Təkcə İranda həbsə atılan jurnalistlərin sayı 60-dan çoxdur.  

Jurnalistlər üçün təhlükəli ölkələr arasında Somali İraq və Pakistanın adları çəkilir.

Komitənin bəyanatında İran jurnalistlərinə təzyiqlərin artdığı ilə yanaşı bu ölkədə jurnalistikanın " kriminallaşdırıldığı " vurğulanılır. Təşkilat Qafqaz və Rusiyada vəziyyətin çətin olduğunu yazaraq Rusiyada ötən il ərzində 3 müxbirin qətlə yetirildiyini bildirir.

CPJ internet jurnalistikasının daha çox təqiblərə məruz qaldığını bildirərək, dünya boyu həbs edilən jurnalistlərin yarısının məhz onlayn yazarları olduğunu bildirir. Rusiyanın daha çox tənqid olunduğu hesabatda Cənubi Qafqaz ölkələrində də vəziyyətin yaxşı olmadığı vurğulanır.

 

 Komitənin icraçı sədri Coel Saymon qeyd edib ki, dünyanın bir sıra ölklərində canlı və azad mətbuatın  fəaliyyət göstərə bilməsi üçün təhlükəsiz şərait yaratmaq lazımdır.  Jurnalistlərin qatllərinin  məsuliyyətə cəlb olunması üçün strateji konsepsiya işlənib hazırlanmalıdır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir