Modern.az

İtaliya parlamenti Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib

İtaliya parlamenti Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib

17 Fevral 2010, 12:47

İtaliya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli məlumat verib.

Onun sözlərinə görə, İtaliya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıldıqdan sonra müvafiq qətnamə qəbul olunub. Bu qətnamə Azərbaycanın ərazi bütövlüyü dəstəkləyən bir sənəddir.
Sənəddə Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət yetirilir. Bölgənin Avropa ilə Mərkəzi Asiya arasında mühüm geosiyasi vəziyyətini nəzərə alaraq, problemin həllinə beynəlxalq hüquq normaları çərçivəsində  həssaslıqla yanaşmağın vacibliyi vurğulanır.
Senat Yeni Avropa üçün Paris Xartiyasında da öz əksini tapdığı kimi sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyir. Qətnamədə bütöv bir regionun inkişafına böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı  üçün əhəmiyyətli olduğuna diqqət yetirilir.
Senatda qəbul edilmiş sənəddə İtaliya hökumətinə tapşırılır ki, Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını dəstəkləsin, ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanan sülh və sabitləşmə prosesinə yardım etsin, BMT-nin, ATƏT-in və Avropa Şurasının münaqişə ilə bağlı bütün qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsi və problemin həlli məsələlərində iştirak etsin.
Qətnamədə İtaliya Senatının Dağlıq Qarabağ münaqişəsinin  həllində, ümumiyyətlə Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verdiyi öz əksini tapıb.

Xatırladaq ki, İtaliya Avropa ölkələri arasında Almaniyadan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edən ikinci dövlətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir