Modern.az

Tutanhamonun anası ilə atası bacı-qardaş imiş

Tutanhamonun anası ilə atası bacı-qardaş imiş

17 Fevral 2010, 13:37

Misir tarixinin ən maraqlı şəxsiyyətlərindən olan firon Tutanhamonun qalıqlarının DNT analizi nəticəsində onun 19 yaşında öldüyü, ölüm səbəbinin qızdırma olduğu üzə çıxıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, analiz nəticəsində fironun sümük xəstəliyi səbəbiylə ölənə qədər çəliklə gəzdiyi ortaya çıxıb.

Bu günə qədər bəzi tarixçilər Misir fironu Tutanhamonun bir at arabasından düşməsindən, bəziləri qan zəhərlənməsindən, digərləri də keçirdiyi qəza nəticəsində omba sümüyündəki çatdan öldüyünü iddia edirdilər.

Qahirə Tibb Fakültəsində 11 fərqli mumiyadan alınan DNT nümunələrinin müqayisə edilməsi nəticəsində fironun "ailə ağacına" dair məlumatlar da əldə olunub. Misirdə dinin dəyişdiriliməsini istəyən Ahenatenin Tutanhamonun gerçək atası olduğu ortaya çıxıb. Məlum olub ki, Tutanhamonun anası isə Ahenatenin bacısıymış. Tutanhamonun məzarı 1922-ci ildə britaniyalı arxeoloq Hovard Karter tərəfindən kəşf edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər