Modern.az

Nəqliyyat naziri qüsurları etiraf etdi

Nəqliyyat naziri qüsurları etiraf etdi

17 Fevral 2010, 14:40

Modern.az xəbər verir ki, Nəqliyyat Nazirliyində nazir Ziya Məmmədovun sədrliyi ilə keçən kollegiya iсlasında Azərbayсan Respublikası nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2009-сu ilin yekunları və 2010-сu ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Nəqliyyat naziri сənab Ziya Məmmədov giriş nitqində ötən il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Nazir çıxışında nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.
Nəqliyyat nazirinin müavini Musa Pənahov 2009-cu ilin yekunları və 2010-cu ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verib.
Kollegiya iсlasının gedişində Azərbayсan Dövlət Dəmir Yolunun, «Azəryolservis» Açıq Səhmdar Сəmiyyətinin, «Avtonəqliyyatservis» Departamentinin hesabatları dinlənilib. Kollegiya iclasına yekun vuran nazir Ziya Məmmədov  bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2009-cu ilin yekunlarını qənaətbəxş hesab edib.

Kollegiyanın sədri qurumların fəaliyyətində müəyyən irəliləyişlər olmasına baxmayaraq, kifayət qədər qüsurların olduğunu, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib. Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir