Modern.az

Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklər

Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklər

17 Fevral 2010, 15:12

Bu gün Türkiyə Toplum Könüllüləri Vakfının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Günay Sadıxova və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov Türkiyənin Sakarya şəhərinə səfərə yollandılar.

           Modern.az xəbər verir ki, əsas məqsədi Azərbaycan və Türkiyənin tələbə və gənclər təşkilatları arasında birgə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Vakfın Azərbaycan nümayəndəliyinin yaradılmasını müzakirə etmək, eləcə də Türkiyə Könüllülər Forumunda iştirak etmək olan səfər 4 gün davam edəcək.

            Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Vakfın  İstanbulda yerləşən baş ofisi və digər böyük şəhərlərdə olan mərkəzləri və gənclər evləri  ilə tanış olacaq, həmçinin Türkiyənin bütün bölgələrini təmsil edən gənclərin iştirak etdiyi Forumun işinə qatılacaqlar.

            Qeyd edək ki, səfər Türkiyənin ən böyük QHT-si olan Vakfın nümayəndə heyətinin bu günlərdə Azərbaycana olan səfərinin davamı olaraq təşkil edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı