Modern.az

Bir şəklin tarixçəsi - Cövhər Dudayev Azərbaycanda...

Bir şəklin tarixçəsi - Cövhər Dudayev Azərbaycanda...

Reportaj

21 Noyabr 2012, 09:30

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkildə hadisələr 1992-ci ildə cərəyan edib. Çeçenistanın ilk prezidenti, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı Cövhər Dudayev Azərbaycana gəlib.

Tarix 1992-ci il, məkan Zaqatala... Azərbaycan Xalq Cəbhəsinin hakimiyyət dövrü... Azərbaycan Respublikasının o zamankı dövlət müşaviri Arif Hacılı çeçen rəhbəri Cövhər Dudayevlə birgə...

Zaqatalada Şimali Qafqazın ən böyük şəxsiyyətlərindən biri, həmin xalqların mübarizə tarixinə misli görünməyən töhfələr verən Şeyx Şamilin abidəsinin açılışıdır. Şeyx Şamilin abidəsinin açılışında iştirak üçün Azərbaycana gələn general Cövhər Dudayev böyük coşqu ilə qarşılanır...

Təəssüf ki, Şeyx Şamilin Zaqataladakı həmin abidəsi 2000-ci ildə Azərbaycanın şimal rayonlarında yaradılan qanunsuz silahlı birləşmələr tərəfindən partladıldı...


(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik)

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır