Modern.az

Medvedev: “Saakaşvili Rusiya üçün persona non-qratdır”

Medvedev: “Saakaşvili Rusiya üçün persona non-qratdır”

Təhsil

17 Fevral 2010, 16:53

Rusiya prezidenti Dmitri Medvedev Gürcüstan dövlət başçısı Mixail Saakaşvilini arzuolunmaş şəxs elan edib. Modern.az İTAR-TASS –a istinadən xəbər verir ki, Medvedev bu barədə qondarma Abxaziya respublikasının prezidenti Sergey Baqapş ilə görüşdə bildirib.  Onun sözlərinə görə, başqa cür də ola bilməz. Medvedev əlavə edib ki, Rusiya və Gürcüstan gec-tez normal münasibətlərə qayıdacaq. Rusiya lideri qeyd edib ki, Mixail Saakaşvili Rusiya üçün persona non-qratdır. “Şəxsən mən Gürcüstanın fəaliyyətdə olan prezidenti ilə heç bir münasibətdə olmayacam”,-deyə Medvedev bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı