Ağalar Xanlar oğlu Bayramov 16 yanvar 1954-cü ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə təhsil alıb. 1977-1979-cu illərdə Bakı Mədəni Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnib. 1980-1985-ci illərdə İncəsənət İnstitutunun mədəni maarif fakültəsində təhsil alıb. Bədii qiraət ustası kimi respublikada məşhurlaşıb. 2002-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dossentidir. Ailəlidir, biq qızı, bir oğlu var.
Orta məktəb dostlarımla birlikdə. 1976-cı il. Bakı. Soldan birinci oturan mənəm. |
|
Rusiyanın Krasnoyask vilayətində hərbi xidmətdəyəm. |
|
Tələbəlik illəri. Qusar. Soldan birinci mənəm. Yanımdakı isə gələcək həyat yoldaşım Şamama xanımdır. |
|
Mədəni-Maarif Texnikumunda oxuduğum vaxtlar. Sabit Rəhmanın “Xoşbəxt” əsərindəki Nəsirov obrazını oynayıram |
|
1991-ci il. Oğlum Şəhriyar hələ onda sağ idi... |
|
Ağdamın işğalından bir ay əvvəl Yusifcanlı kəndində çəkilib bu şəkil. |
|
Aşıq Aydın Çobanoğlu ilə birgə Maliyyə-Kredit Texnikumunda görüşümüzdən xatirədi. 1993-cü il. |
|
Oğlum Nicatla Buzovnada istirahətdəyik. |
|
Əminə Yusifqızı ilə birgə ... |
|
2002-ci il. Mən, Məmməd Araz, Tağı Əhmədov və oğlum . Qubanın Xınalıq kəndində. |
|
Yeni Suraxanı qəsəbəsində. Yeni məscidin açılışında. Ulu öndərlə çəkilən xatirə şəkli . |
|
Yaşar Nuri və oğlum Nicat . |
|
Görkəmli sənətkarımız Flora Kərimovanı çox istəyirəm. |
|
Türkiyənin millət vəkili Atilla Qayanın qardaşının toyunda aparıcıyam. |
|
Məclislərin birində. Məndən solda AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev və müğənni Nazpəri Dostəlyevadı, sağda isə teatrşünas İlham Rəhimlidi |
|
Mən, oğlum, aşıq Ədalət Nəsibov və şair Akif Səməd. Bu, şəkil Akif Səmədin ölümündən 15 dəqiqə əvvəl çəkilib. Çox əziz şəkildi mənə... |
|
Qızımın toyunda... |
|
Aşıq Zülfiyyə, Aşıq Vüqar və mən. |
|
Qobustanda Almaz İldırımın xatirə gecəsi. 2008-ci il. |
|
Beyləqan. “N”saylı hərbi hissədə əsgərlər qarşısında çıxış edərkən. |
|
Aybəniz Haşımova, Qədir Rüstəmov və mən. |
|
Quba. məşhur Xınalıq kəndi. Ailə üzvlərimlə birlikdəyəm. |
|
Balıq tutmaq mənə zövq verir... |
|
Alma-Ata şəhəri. Mən, Fədayə Laçın, bir dostumuz və Ədalət Dəlidağlı |
|
Soldan: Əbdül Mahmudov, Rasim Balayev,müğənni Cəvahir Abdulova və mən. |
|
Göyçay. Əli Kərimin məzarı önündə. |
|
Belçika, Brüssel şəhəri. DAK-ın qurultayından çıxıb dostlarımla xatirə şəkili çəkdirdim. |
|
Şair dostum Əjdər Olla Novxanıdayıq. |
|
2007-ci il. Almaniyanın Köln şəhərindəyik. Sabir Rüstəmxanlı, Şəmistan Əlizamanlı və mən. |
|
İstirahətdə çəkdirdiyim şəkillərdən biri. |
|
Mənim üçün maraqlı şəkildi. |
|
Bu da belə bir ömürdür... |
|
İsmayıllı, Buynuz kəndi. Şair Musa Yaqubla. |
|
Şəkil Çingiz Aytmatovla birlikdə olduğumuz tədbirdə çəkilib. 2008-ci il 25 fevral. |
Oğlumla Qubada istirahətdəyik. 2009-cu il. |
DAK-ın tədbirində. Zəlimxan Yaqubla birlikdə ... |
|
İki əzizim-nəvəm və həyat yoldaşım Şamama xanım . |
Gəncədəki Xan bağında həyat yoldaşımla birgə... |
55 yaşımı nəvələrim Gülnur və Gülcanla birgə qeyd etdim. |
Xoşuma gələn son şəkillərimdəndir. |