Modern.az

“Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

“Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

16 Sentyabr 2009, 09:53

Sentyabrın 15-də “Buta” sarayında “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimə qatılan Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin ölkənin uzunmüddətli inkişafını sürətləndirdiyini vurğulayıb. Müqavilənin çox sürətlə həyata keçirildiyini xatırladan Prezident deyib ki, dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz kəmərlərinin tikintisini də uğurla gerçəkləşdirib. Bu il Azərbaycanda neft hasilatının 45 milyon tondan çox, qaz hasilatının 30 milyard kubmetrə yaxın olacağını diqqətə çatdıran İlham Əliyev deyib ki, gələcəkdə bu rəqəmlər artacaq.
AzərTAC xəbər verir ki, dövlət başçısı bildirib ki, ölkə hazırda sürətli inkişaf dövrünü yaşayır: “Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb, 2003-2008-ci illərdə ümumi daxili məhsul 2,6 dəfə çoxalıb, 800 minə yaxın yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enib. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq bu ilin səkkiz ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artıb. Azərbaycan müasir, sabit, güclü iqtisadiyyata malik ölkədir”.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi