Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Qanununun 29.2-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2009-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2010-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.
Dövlət Sosial Müdafiə Fondu fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycanda əmək pensiyası alan 1 milyon 300 minə yaxın pensiyaçı var.