Modern.az

Dünyanın ən nüfuzlu televiziya rəhbərləri Bakıya toplaşacaqlar

Dünyanın ən nüfuzlu televiziya rəhbərləri Bakıya toplaşacaqlar

17 Fevral 2010, 22:37

Dünyanın 57 ölkəsindən 75 televiziya şirkətinin rəhbəri Avropa Yayım Birliyinin (AYB) Baş Assambleyasının 64-cü sessiyasında iştirak etmək üçün iyun ayında Bakıya gələcəklər.
Artıq sessiyanın keçirilməsi ilə bağlı təşkilati məsələləri həll etmək məqsədi ilə Bakıya gələn AYB-in inzibati məsələlər üzrə katibi Erik Kempbel və qurumun əlaqələndirmə məsələləri üzrə məsul şəxsi Avril Mahon fevralın 17-də İctimai Televiziya və Radio Verilişləri Şirkətində (İTV) olublar.
E.Kempbel İctimai Teleradionun tədbirin təşkili ilə bağlı apardığı hazırlığı yüksək qiymətləndirib. O bildirib ki, üç gün davam edəcək sessiya çərçivəsində dünyanın ən nüfuzlu televiziya rəhbərləri Bakıda jurnalistika, ictimai yayım, gələcək maliyyələşmə modelləri, internet və media dünyası barədə müzakirələr aparacaqlar. Bundan başqa, Baş Assambleyanın sessiyasında AYB-in daxili strukturu barədə də müzakirələr olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi