Modern.az

Ermənistanda vətəndaş itaətsizliyi gözlənilir

Ermənistanda vətəndaş itaətsizliyi gözlənilir

18 Fevral 2010, 10:42

“Ermənistandakı mövcud durum partlayış həddindədir və vətəndaş itaətsizliyinə yol aça bilər”. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Sosial-demokrat Partiyasının bəyanatında bildirilir. Partiya hesab edir ki, Ermənistan dərin sistemli iqtisadi, sosial və siyasi böhran içindədir. Bəyanatda qeyd olunur ki, elə bir sahə yoxdur ki, orada hansısa müsbət irəliləyiş qeydə alınmış olsun. Qeyri-bərabər rəqabat və vergi yükü ölkədə kiçik və orta sahibkarların  səylərini heçə endirib. Mövcud rejim məqsədyönlü  və davamlı addımlarla onların iqtisadi azadlıqlarını məhdudlaşdırır. Kəndi dilənçi vəziyyətinə düşüb. Erməni kəndlisi “ölum və ya olum” dilemması qarşısında qalıb. İndki hakimiyyətin cinayətkar münasibəti nəticəsində kəndlər  boşalır. Ermənistanın şəhər və kəndlərindən miqrasiya axını ölçüyəgəlməz həddə çatıb. İşsizlik və kasıbçılıq insanları dərin ümidsizlik vəziyyətinə gətirib. Sosial Demokrat Partiyası Ermənistanın mövcud hakimiyyətini bu vəziyyətin ölkədə vətəndaş itaətsizliyinə yol açacağı barədə  xəbərdar edib. Partiya ölkədə daxili siyasi durumun pisləşməsinə görə bütün məsuliyyətin indki hakimiyyətin üzərinə düşdüyünü bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər