Modern.az

UNO-lar futbolla da maraqlanır

UNO-lar futbolla da maraqlanır

18 Fevral 2010, 12:45

Böyük Britaniya  Müdafiə Nazirliyi uzun illər məxfi saxlanılan bir məlumatı ictimaiyyət üçün açıqlayıb. Modern.az xəbər verir ki, 1999-cu ilin mart ayında “Çelsi” klubunun matçlarının oynandığı “Stamford Bridge” stadionun üzərində uçan naməlum obyekt (UNO) görünüb.  İngilis ordusunun bu günə kimi məxfi saxlanılan 6 min səhifəlik hərbi arxiv materialına görə, adı açıqlanmayan bir ingilis polisi 10 il öncə stadion üzərində parlaq işıqlar saçan UNO gördüyünü məruzə edib. Arxiv materialında UNO-nun stadion üzərində səssiz hərəkət etdiyi, tez-tez şəklini dəyişdirdiyi qeyd olunur. Amerikanın “Associated press” agentliyi isə məsələyə münasibətini “Əcaba, “Çelsi”  klubunun başqa planetlərdən tərəfdarlarımı var?” şəklində açıqlayıb.

 İngiltərə Müdafiə Nazirliyi hərbi arivlərdəki bəzi gizli dosyeləri Beynəlxalq Arxivin internet səhifəsində yayımlayır. Yalnız üzərindən məxfilik qrifi götürülən informasiyaların 3 ildən sonra açıqlanması mümkündür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir