Modern.az

Nərimanov rayonunda müəllimlər də test imtahanı veriblər

Nərimanov rayonunda müəllimlər də test imtahanı veriblər

18 Fevral 2010, 14:38

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2010-cu il üçün qəbul olunan Fəaliyyət Planına əsasən Bakının Nərimanov rayonunda yerləşən məktəblərin IV sinif şagirdləri fevralın 17-də Riyaziyyat fənnindən test yoxlamasından keçiblər. Eksperiment xarakteri daşıyan ilk yoxlamada cəmi 1955 şagird iştirak edib. Yoxlama sualları  hər birində 15 sual olmaqla 10 variantda tərtib olunub. Sualları cavablandırmaq üçün şagirdlərə 45 dəqiqə vaxt ayrılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, yoxlamanın cavabları 3 gün ərzində bəlli olacaq. Qeyd edək ki, sınaq testlərin Bakının digər rayonlarında yerləşən məktəblərdə də təşkil olunacağı istisna deyil. Modern.az  dəqiqləşdirib ki, fevralın 17-də IV sinif şagirdləri ilə yanaşı onlara riyaziyyatdan dərs deyən ibtidai sinif müəllimləri də test yoxlamasından keçiblər. Saytımıza bununla bağlı maraqlı xəbərlər daxil olub. Aldığımız məlumata görə, test yoxlamasından əvvəlcədən xəbərdar olan bəzi ibtidai sinif müəllimələri suallara cavab verə bilməyəcəklərindən ehtiyatlanaraq imtahan günü “xəstələnmək” adı ilə məktəbə gəlməyiblər. Həmin müəllimlərin qabaqcadan tibb müəssisələrində özlərinə xəstələk bülletenləri açdırdıqları bildirlir. Nərimanov rayonundakı məktəblərin birində isə 4-cü sinif müəlliməsi imtahan zamanı suallara cavab verməkdə çətinlik çəkdiyindən həyəcanlanaraq ürəyi gedib. Test yoxlamaları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib. Üç gündən sonra müəllimlərin də cavabları bilinəcək. Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir