Modern.az

Ermənistanda “Yeraz” adlı xeyriyyə fondu yaradılıb

Ermənistanda “Yeraz” adlı xeyriyyə fondu yaradılıb

28 Noyabr 2012, 16:11

Ümumi Avropa Fondu Varşava qeyri-hökümət təşkilatları və qeyri-formal qruplar üçün müsabiqə təşkil edi. “NGOmap” müsabiqəsinin əsas məqsədi  Şərq Tərəfdaşlığı ölkələri – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan ən yaxşı yerli təşəbbüsləri seçmək olub. Ümumilikdə  ngomap.eu saytı vasitəsilə 78 layihə ideyası daxil edilib və bunlardan ən çox səs toplayan 6 layihə seçilib.

Modern.az xəbər verir ki, qalib gəlmiş layihələrin müəllifləri Varşavada görüşdə iştirak ediblər. Görüşün əsas məqsədi qaliblərin öz layihələrini təqdim etməsi və buna dair gələcək fəaliyyət üçün plan hazırlamaqdan ibarət olub.
Ermənistandakı “Yeraz” adlı xeyriyyə fondunun direktoru Karin Mxitaryan görüşdə bildirib ki, onunölkəsində səhiyyə sisteminin ciddi maliyyə çatışmazlıqları olduğuna görə, diabetli uşaqlara kifayət qədər qayğı göstərilmir. Artıq bir neçə ildir ki, “Yeraz” fondu diabetli uşaqlarla işləyir. Karin bu sahədə onlara kömək ola biləcək beynəlxalq  dəstək axtarışındadır.

Azərbaycanın Sumqayıt şəhərində yerləşən “Sağlam Düşüncə” Gənclər Təşkilatının nümayəndəsi Nilufər Əzimlinin isə layihə ideyası İncəsənət Akademiyası yaratmaqdan ibarət olub. O, Akademiyanın  istedadlı gənclərin işləməsi, onların müxtəlif tədbirlər və tanınmış incəsənət nümayəndələri ilə görüşlərin təşkil etməsi üçün  lazımlı və maraqlı bir layihə ideyası olmasına inandığını deyib.

Belarusdan olan tələbə Volha Şavela böyüklər üçün debat klublar yaratmaq ideyasından həvəslə danışıb. O, əsasən təşkilatların qeydiyyata alınmasımda, debatların təşkil edilməsi üçün yerlərin və müəllimlərin yoxluğu problemlərindən söhbət açıb. Moldovanin Kalarasi şəhərindən Eugenia Radu Gənclər Mərkəzi açmaq istədiyini deyib. Deyib ki, bu sahədə qarşılaşdığı əsas problemlər kifayət qədər təchizatın və maliyyənin olmamasıdır.

Ukraynadan olan iştirakçı Teras Borkovski isə yeni medianın və ictimai informasiyaya çıxışın vacibliyindən danışıb. O hazırda şəhər idarəçilyinin onlayn sistemi üzərində işləyir.

Müsabiqə qaliblərinin ekspertlərlə ümumi işi nəticəsində, təşəbbüs ideyalarının sonrakı inkişaf addımları atılıb. “Yeraz” Fondu Polşanın tibb kampaniyaları ilə əlaqədədir və artıq Ermənistana tibbi yardım göndərmək mümkünlüyü var. Ekspertlər həmçinin Azərbaycan və Belarusdan olan iştirakçıların layihə ideyalarının fəaliyyət planını hazırlamağa yardım ediblər. Belarusdan olan qalib Volhanın tezliklə ilk debat klublarını təşkil edəcəyi ilə bağlı imkan var. Moldovadan olan Eugenia isə artıq özünün Gənclər Mərkəzini açıb. Layihənin növbəti mərhələsi 2013-cü ilin may-iyun ayları üçün nəzərdə tutulub.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir