Modern.az

Yazıçılar Birliyi Qabilin ailəsinə niyə kömək etməyib?

Yazıçılar Birliyi Qabilin ailəsinə niyə kömək etməyib?

29 Noyabr 2012, 14:56

“Bizim nə pulumuz var ki, başsız qalmış yazıçı və şair ailələrinə kömək edək...”


Mərhum Xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu atasının qəbirüstünün götürülməsinə yardım göstərilmədiyinə görə, Yazıçılar Birliyinin və qurumun rəhbərliyində olan Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Elçini qınayıb.

Qabilin adından yazdığı “O dünyadan birinci məktub” adlı yazısında Mahir bəy atasının qəbirüstü abidəsinin bütün xərclərini ailənin özünün çəkdiyini qeyd edib, Yazıçılar Birliyindən incidiklərini biruzə verib. Məktibda Qabilin adından bildirilib:

“Anara, Elçinə, Fikrət Qocaya və Çingiz Abdullayevə məndən salamlar. Qəbirüstü abidəmi ucaltmağa kömək etmədiklərinə görə incimirəm. Başlarına gələndə onsuz da başa düşəcəklər. Amma mən olsaydım, 4 nömrə Hökumət  telefonunun yanından kənara çəkilməzdim. Onlara iki heykəli birdən qoydurardım. Birini Fəxri Xiyabanda, birini  də doğulduqları rayonda”.

Ümumiyyətlə, yazıçı və şairlər dünyalarını dəyişdikdən sonra Yazıçılar Birliyi onunların ailələrinə hansısa yardım göstərirmi?

Məsələ ilə bağlı Modern.az Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğludan münasibət öyrənib.

Ə.Əsgəroğlu bildirib ki, Qabil Xalq şairidir və onun qəbirüstünün götürülməsi, harada dəfn olunması dövlətin ixtiyarındadır.
“Amma Yazıçılar Birliyi bu mənada təşəbbüs göstərir və həmişə də göstərib. Birlik ancaq təşəbbüs göstərə bilər, bu haqda yaza bilər və məsələ qaldıra bilər ki, məsələn, qəbirüstü doğum gününə hazır olsa, daha yaxşıdır”, – deyə birliyin rəsmisi qeyd edib. O, Qabillə bağlı belə təşəbbüsün göstərilməməsini izah etməyib.

Ə.Əsgəroğlunun sözlərinə görə, Yazıçılar Birliyi ancaq təşəbbüs göstərə bilər, məsələ qaldıra və müraciət edə bilər: “Yazıçılar Birliyinin elə böyük maliyyəsi yoxdur ki, özünü qabağa versin və bunları etsin. Birlik ailələrə köməklik edə bilməz, buna sadəcə imkan yoxdur”.


Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi