Modern.az

Müdafiə Nairliyi 3 əsgərin şəhid olduğunu təsdiqlədi

Müdafiə Nairliyi 3 əsgərin şəhid olduğunu təsdiqlədi

18 Fevral 2010, 22:20

Azərbaycanın Müdafiə Nazirliyi fevralın 18-də Ermənistan Silahlı Qüvvələrinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Milli Ordunun itki verməsi faktını təsdiqləyib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib ki, Azərbaycan Ordusunun üç əsgəri həlak olub, biri isə yaralanıb. Şəhid olanlar Şəki Rayon Hərbi Komissrlığından hərbi xidmətə çağırılan əsgər Məmmədov Sahil Novruz oğlu, Masallı Rayon Hərbi Komissrlığından hərbi xidmətə çağırılan kiçik çavuş Fərəcov Röyal Təşər oğlu, Xaçmaz Rayon Hərbi Komissrlığından hərbi xidmətə çağırılan əsgər Rüstəmov David Sultanmuradoviçdir. Şəmkir Rayon Hərbi Komissrlığından hərbi xidmətə çağırılan əsgər Adıgözəlov Elvin Murad oğlu isə yaralanıb.
E.Sabiroğlu deyib ki, yaralı əsgərin vəziyyəti kafidir və Ermənistan tərəfinin itkiləri daha çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı