Modern.az

Gulər Əhmədova Polşa, Çexiya və Belarusda Xocalı soyqırımından danışacaq

Gulər Əhmədova Polşa, Çexiya və Belarusda Xocalı soyqırımından danışacaq

Parlament

19 Fevral 2010, 10:48

Dünəndən başlayaraq fevralın 28-dək “Xocalıya ədalət” proqramı çərçivəsində Polşa, Çex Respublikası və Belarusda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlədə Milli Məclisin deputatı Gülər Əhmədova iştirak edir. Səfər müddətində Gülər Əhmədova Varşava, Praqa, Minsk və bir sıra digər şəhərlərdə olacaq, Azərbaycanın bu ölkələrdəki səfirliklərində, tanınmış universitetlərdə, akademiyalarda, şəhər meriyalarında görüşlər keçirəcək. Bu görüşlərdə ermənilərin 1992-ci il fevralın 25-26-da Azərbaycan xalqına qarşı törətdiyi, xalqımızın tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı barədə həqiqətlər faktlar və sənədlərlə bu ölkələrin ictimaiyyətinə çatdırılacaq.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir