Modern.az

Oqtay Əsədov İrana gedir

Oqtay Əsədov İrana gedir

Parlament

19 Fevral 2010, 15:16

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 20-dən 22-dək İran İslam Şurası Məclisi sədrinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov fevralın 19-da keçirdiyi mətbuat konfransında bildirib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Hadi Rəcəbli, deputatlardan Əli Əhmədov, Asəf Hacıyev, MM Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər müddətində Milli Məclisin sədri İranın qanunvericilik orqanında olacaq, İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparacaq.

Nümayəndə heyətimizin İran Prezidenti Mahmud Əhmədi Nejad, ölkənin xarici işlər naziri Mənuçehr Mottaki və Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ölkələrimiz arasında münasibətlərin daha da genişlndirlməsi, iqtisadi, mədəni, humanitar sahələrdə  əlaqələrimizin inkişafı barədə söhbətlər aparılacaq.

Səfər müddətində parlament nümayəndə heyətinin üzvləri Təbriz şəhərində də olacaq, Şərqi Azərbaycan vilayətinin ostandarı Əhməd Əlirza Beygi və ölkənin dini rəhbərinin buradakı nümayəndəsi, Təbriz cümə namazının rəhbəri Ayatulla Möhsün Müctəhid Şəbustəri ilə görüşəcəklər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?