Modern.az

Əkrəm Əylisli: “Mənim AYB-də gözüm yoxdur” - AÇIQLAMA

Əkrəm Əylisli: “Mənim AYB-də gözüm yoxdur” - AÇIQLAMA

7 Dekabr 2012, 18:06

“Mənim heç bir yerdə gözüm yoxdur”. Modern.az-a açıqlamasında bu sözləri Xalq yazıçısı Əkrəm Əylisli deyib. Yazıçı doğum günüylə bağlı bildirib ki, heç kimdən heç nə ummur.

“Cəmiyyətdə ümumiyyətlə, qəribə narahatlıq var. Mən öyrəşmişəm, elə balacalıqdan 16 yaşımdan çıxıb şəhərdə sərbəst yaşayım. Allahdan umursan və özündən umursan. Başqa bir şey umacağım yoxdur”.

“AYB sədri Anarla aranızdakı bu soyuq buzların əriməsi üçün kiminsə vasitəçi olmasını istərdinizmi” sualına isə Əkrəm Əylisinin cavabı belə olub:

“Bilirsiniz, mən Anarla qəti sürətdə şəxsi olaraq soyuq deyiləm. Bunu cəmiyyət anlamalıdır ki, mənim Anarla aramızdakı prinsipial gərginlik nədən ibarətdir? Yəni bunu cəmiyyət araşdıra bilər. Min dəfə demişəm ki, mənim Anarla şəxsi olaraq heç bir problemim yoxdur. Yeganə problemim Yazıçılar Birliyinin indiki halı, indiki durumu, indiki əxlaqıdır”.

Yazıçı AYB-nin yenidən təşkil olunmasını arzuladığını qeyd edib. “Mən onun yeni bir təşkilat olmağını, hər cəhətdən yeni olmağını arzulamışam. Bu arzudur. Arzulamışam və demişəm. Amma sonra bir məqam oldu ki, guya məni Anarın yerinə qoymaq istəyirlər, deputat edirlər və s. O zaman bəyanat verdim ki, mənim AYB ilə heç bir işim yoxdur. Yəni mənim orada heç bir yerdə gözüm yoxdur”.

Qeyd edək ki, Yazıçılar Birliyinin sədri Anar bu gün  mətbuatda Əkrəm Əylislinin 75 illiyinə 15 il öncə uazdığı “Köhnə dostum, təzə “düşmənim” Əki bala!” adlı təbrik məktubunu dərc etdirib.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir