Modern.az

Bəxtiyar Hacıyev “test imtahanı”nda 7 bal yığdı - Maraqlı

Bəxtiyar Hacıyev “test imtahanı”nda 7 bal yığdı - Maraqlı

Mədəni̇yyət

8 Dekabr 2012, 13:38

Modern.az cəmiyyətdə tanınan şəxsləri testdən keçirməyə davam edir. Belə ki, onlar 5 dəqiqə ərzində 10 sualı cavablandırmalıdırlar.

Bu dəfə testimizdən Harvard Universitetinin məzunu, gənc siyasi fəal Bəxtiyar Hacıyev keçdi.

– Bakı şəhərində neçə mikrorayon var? (Doğru cavab: 9)

– Məncə, 9.

– Nəsiminin məzarı Suriyanın hansı şəhərindədir? (Doğru cavab: Hələbdə)

– Hələb.

– Dostoyevskinin ilk ən böyük romanı? (Doğru cavab: “İdiot”)

– “Cinayət və Cəza”

– Saqqızın hansı ölkəyə gətirilməsi və istifadəsi qadağan edilib? (Doğru cavab: Sinqapur)

– Bilmirəm.

– Fransada bunlardan hansının portretini çəkmək olmaz: Senatın, yoxsa polisin? (Doğru cavab: polisin) 

– Senat.

– Şamaxı rəsədxanası hansı istirahət zonasında yerləşir? (Doğru cavab: Pirquluda)

– Pirquluda.

– Hop-hop quşunun başqa adı nədir? (Doğru cavab: şanapipik)

– Şanapipik.

– Konyak şəhəri hansı ölkədə yerləşir? (Doğru cavab: Fransa)

– Fransa.

– “Simens qardaşları” şirkəti Gədəbəydə hansı metalın istehsalı ilə məşğul olub? (Doğru cavab: mis)

– Mis.

– Rəngləri seçə bilməmə xəstəliyin adı nədir? (Doğru cavab: daltonizm)

– Daltonizm.

Testdən keçirən: Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!