Modern.az

Oqtay Əsədov İran Parlamentinin spikeri ilə görüşüb

Oqtay Əsədov İran Parlamentinin spikeri ilə görüşüb

20 Fevral 2010, 18:51

İranda səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə görüşüb. O.Əsədov həmçinin İran Parlamentinin spikeri Əli Laricani ilə də bir araya gəlib. Bu görüşlərdə Dağlıq Qarabağ problemindən də söz açılıb.
Azərbaycan Milli Məclisinin Sədrinin İrana rəsmi səfəri fevralın 20-də başlayıb. Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 20-dən 22-dək  İran İslam Şurası Məclisi sədrinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq. Səfər müddətində parlament nümayəndə heyətinin üzvləri Təbriz şəhərində də olacaq, Şərqi Azərbaycan vilayətinin ostandarı Əhməd Əlirza Beygi və ölkənin dini rəhbərinin buradakı nümayəndəsi, Təbriz cümə namazının rəhbəri ayətullah Möhsün Müctəhid Şəbüstəri ilə görüşlərdə ikitərəfli əməkdaşlıq barədə fikirlərini bölüşəcəklər.

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə görüşdə Cəlili bildirib ki, rəsmi Tehran region ölkələrinin müştərək əməkdaşlığı ilə öz təhlükəsizliklərinin təmin edilməsi siyasətini dəstəkləyir. O, deyib ki, bu siyasətlə İran regiondakı bütün qonşuları ilə təhlükəsizlik sahədə əməkdaşlıqlarını artırmaq üçün bütün potensialından istifadə etməyə hazırdır.
Görüşdə Oqtay Əsədov da öz növbəsində bildirib ki, regionda sülh və əmin-amanlığın gücləndirilməsi bütün ölkələrin xeyirinədir. O.Əsədov iki ölkə arasında müştərək tarixi, dini bağlılıqlardan danışıb və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsini istəyib. (Trend)

"İranın xarici siyasətində əsas prioritet regiondakı münaqişələrin həll edilməsidir". Bu barədə İran Parlamentinin spikeri Əli Laricani Tehranda səfərdə olan azərbaycanlı həmkarı Oqtay Əsədovla görüşündə bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli bütün region ölkələri üçün mühümdür", - Laricani deyib.
Laricanı görüşdə həmçinin İranın dərin tarixi və mədəni əlaqələrə malik olduğu Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini tərəfdarı olduğunu vurğulayıb.


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir