Modern.az

Fəxri adlar pullu da ola bilər

Fəxri adlar pullu da ola bilər

12 Dekabr 2012, 08:42

Yeni “Mədəniyyət haqqında” qanun layihəsində fəxri adların verilməsi məsələsi əks olunub...

“Fəxri adlar pullu da ola bilər, pulsuz da. Bu adlar yığışdırıla da bilər, genişləndirilə də”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib. O bildirib ki, fəxri adların verilməsi qanunda ola bilməz:

“Ümumiyyətlə fəxri adlar Prezidentin səlahiyyətində olan bir məsələdir. Bu adların verilməsi ənənədən gəlir. Odur ki, həmin adların verilməsi qanunla müəyyən edilə bilməz”.

Dünyanın əksər ölkələrində belə adların olmadığını deyən millət vəkili, amma onu da bildirib ki, fərqləndirilmə dünyanın hər yerində var.

”Biz də isə bu fərqlənmə fəxri adların verilməsidir. Amma bu adların verilməsini qanunla tənzimləmək olmaz

Məsələn, dünyanın bir çox ölkələrində Prezident bir şairin, yazıçının evinə gedə bilər. Hətta çıxarıb ona pul da verə bilər. Bu dövlətdə qeyri-qanuni hesab olunmur. Yəni fəxri adlar ola da bilər, yığışdırıla da bilər. Bundan sonra adların verilməsi genişlənə də bilər. Amma bunu qanunla tənzimləmək mümkün deyil. Bu elə bir məsələdir ki, xeyli fərdi bir şeydir”.

Millət vəkilinin sözlərinə görə, bəzən əməkdar artistlər məsələ qaldırılar ki, onlara 30, 50 manat yox, 300 manat verilsin.
“Bu artıq gülüncdür. Çünki bu adlar pullu da ola bilər, pulsuz da. Hətta onun arxasında 3-5 manat durursa, o da maraqlıdır”.

Qeyd edək ki, hazırda fəxri adlar ölkə başçısının 22 may 1998-ci il tarixli fərmanı əsasında verilir. Bu fərmana əsasən, Azərbaycanda 20 fəxri ad verilir...

Milli Məclisdə 3-cü oxunuşa çıxarılan “Mədəniyyət haqqında” qanun layihəsində də fəxri adların verilməsinə dair bənd var. Belə ki, bu qanunun 27-ci maddəsinin 1-ci bəndində bildirilir ki, “Azərbaycan mədəniyyətinin təbliğində və təşviqində xüsusi xidmətlərə mailk yaradıcı şəxslərə, festival və müsabiqə qaliblərinə, yaradıcılıq müsabiqələrinin və nümayişlərinin qaliblərinə qanunvericiliklə müəyyən olunmuş qaydada fəxri adlar, təqaüdlər, mükafatlar, hədiyyələr verilir”.

Gültəkin Ələsgər

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir