Modern.az

Evləri sökülən sakinlər Hacıbala Abutalıbovla görüşdülər

Evləri sökülən sakinlər Hacıbala Abutalıbovla görüşdülər

20 Fevral 2010, 19:18

Bakıda «Qış pakı» salınan ərazidə evləri söküləcək 60-a yaxın sakin fevralın 20-də Prezident Administrasiyasına şikayətə gediblər. Prezident Administrasiyasından isə onları Bakı şəhər İcra Hakimiyyətinə, Hacıbala Abutalıbovla görüşə göndəriblər. Sakinlərin təmsilçisi Hikmət İsmayılovun sözlərinə görə, H.Abutalıbov bildirib ki, “Hər kvadrat metrə görə 1500 manatdan bir qəpik artıq heç kimə, heç nə verilməyəcək. Gedin, məhkəməyə verin. Məhkəmədə də məğlub olacaqsınız”. Son sözü bu oldu ki, “nə istəyirəm onu da edirəm”. Ancaq Prezidentə müraciət etməyimiz qalıb, görək, Prezident bizə nə deyəcək. O da bizə belə desə, onda gərək özümüzü ya asaq, ya güllələyək». Bakının mərkəzində-Heydər Əliyev adına Sarayın arxasında Bakı şəhər İcra Hakimiyyəti «Qış parkı” salır. Həmin ərazidə yaşayan əhalinin bir hissəsi köçürülüb. Köçürülməkdə olan digər sakinlər isə onlara təklif olunan 1500 dollarla razılaşmırlar. Deyirlər ki, hökumət ərazidən köçürüləcək sakinlərə daha artıq pul ayırıb, ancaq məmurlar bu pulu ödəmək istəmirlər. Sakinlər evlərinin hər kvadrat metrinə 5 min manat tələb edirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır