Modern.az

“Qara İlan ili”ndə işiniz çox və ruziniz bol olacaqmı? - Bürclər üzrə PROQNOZ

“Qara İlan ili”ndə işiniz çox və ruziniz bol olacaqmı? - Bürclər üzrə PROQNOZ

12 Dekabr 2012, 13:15

Qarşılayacağımız 2013 – “Qara İlan ili” 2012-ci il kimi Merkuri planetinin himayəsi altında keçəcək. “Qara İlan ili” bürclərə nə vəd edir? Modern.az 2013-cü ilin illik bürc proqnozunu təqdim edir.

Qoç – Dinamik və hərəkətli bir il sizi gözləyir. Həyatınızda elə qərarlar var ki, onlarla bağlı qərar verməyi sonraya buraxmısınız. Bu il həmin qərarları verməli olacaqsınız Verdiyiniz qərarlarda ya bataram ya çıxaram deyə düşünməyiniz çox səhvdir. Tövsiyəmiz budur ki, öz daxili səsinizə qulaq asmadan heç bir qərar verməyin. 2012-ci ildə çox yoruldunuz. Diqqətlə düşünmək və zaman içində yığdığınız təcrübə səhvlərinizin azalmasına gətirib çıxardacaq. Bu qərarlara evlilik və yaşayış yerinizi dəyişdirmə daxildir. Bunlar isə sizin gələcəyini tamamilə dəyişdirəcək. Sizin kimi ehtiraslı birinin bir az yavaşlamasına ehtiyac var. Pul və iş – iş yerinizdə yoldaşlarınızla aranızdakı anlaşılmazlıqlar getdikcə böyüyə bilər. Daha çox sakit olmağa çalışın. Yeni iş təklifləri bu ilin ən önəmli hadisələrindən olacaq. Bu isə risksiz mümkün deyil.

Buğa 2013-cü il həyatınızın yaradıcı və hərəkətli illərindən biri olacaq. Qarşınıza çıxan fürsətlər həyatınızı dəyişdirə biləcək. Siz rahatlığı sevdiyiniz üçün, 2013-cü ildə qazandığınız pulla əşyalarınızı yeniləyib daha müasir bir evə köçə bilərsiniz. Bu dəyişikliklər isə sizə canlılıq və həyəcan verəcək. Cəsarətiniz sayəsində arzularınıza qovuşa biləcəksiniz. Pul və iş – ilin ilk aylarında pul sarıdan çətinlikləriniz olsa da, aprel ayında hər şey düzələcək. İş dəyişdirməyi isə may ayından sonraya saxlayın. Maşın ala bilərsiniz. Xəyallarınızı gerçəkləşdirə biləcəyiniz bir il sizi gözləyir. Keçmişdə olan böhranları artıq düşünməyin. Cəsarətli olun, amma buna baxmayaraq, lazımsız risklərə getməyin.

Əkizlər – 2013-cü ildə hədəflərinizə çata biləcəksiniz. Keçən ilin ağırlığı və çətinlikləri 2013-cü ildə öz yerini ümidlərə buraxacaq. 2012-ci ildə yaşanan tərsliklər sizi canınızdan bezdirmişdi. Amma bu yeni il istəklərinizin həyata keçəcəyi bir ildir. Sizin xəyallarınız çox böyükdür. İlan İli bu böyüməyə kömək edə biləcək. ətrafınızda insanlar çox olsa da, sizin üçün önəmli olanları azdır. Pul və iş – etmək istədiklərinizi bu il həyata keçirə biləcəksiniz. Yeni bir iş qura, evlənib, övlad sahibi ola bilərsiniz. Həmçinin bu il ev sahibi olmayanlar özlərinə ev ala biləcəklər. Bu il hər şey sizin üçün yaxşı ola bilər. Bir halda ki, əlinizə keçən pulu boş-boşuna xərləməyəsiniz.

XərçəngHəyatınızda böyük dəyişikliklər olacaq. Ümidinizi kəsdiyiniz elə məqamlar var ki, onlarda inkişaf olacaq və həyatınız rənglənəcək. Bu dəyişikliklərə özünüz hazır olmalısınız. Əvvəllər səbr göstərdiniz işlərin bu il meyvəsini yeyə biləcəksiniz. Keçmişi elə keçmişdə buraxın və gələcəyinizi düşünün. Gücünüzü toplayıb qarşıda sizi gözləyənlərə diqqət etməlisiniz. Pul və iş – bu il cibləri boş olanların cibi dolacaq. İşdə də gözlədiyiniz fürsətlər ayağınıza gələcək. Hətta xəyalını qurduğunuz evə də qovuşa biləcəksininz. Səhhətinizi pisləşməyə vadar edən problemlər öz həllini tapacaq. Həyata gülümsəyin ə keçmişi geridə buraxın.

Şir – 2013-cü il fürsətlər və yeni başlanğıclar ili olacaq. Bu il yaradıcılığınız yüksək səviyyədə olacaq. Həyat sizə gözlədiklərinizdən də artığını verəcək. Kiçik fürsətləri böyük layihələrə çevirə bilərsiniz. Pul və iş – karyera sahəsində də böyük addımlar atacaqsınız. Yeni insanlarla tanışıb, yeni layihələrə imza atacaqsınız. İlin dördüncü ayından sonra iş həyatınızda yeniliklər gözlənilir. Özgüvəninizin olmağı alış-verişə diqqət edin və lazımsız xərcləmələr etməyin. Eyni zamanda köməyə ehtiyacı olan insanlarda da kömək edin. Belə görünür ki, 2013-cü il sizə bütün sıxıntılarınızı unutduracaq.

Qız həyatınızla bağlı öncələr qərar verməkdə çəkindiyiniz bir çox qərarları yerinə yetirməyə fürsətiniz olacaq. Təcili düşünməli və addım atmalısınız. Bu il keçən ilin şoklarını unudacaqsınız. Çətinliklərlə dolu həyatınız eləcə də şəxsi həyatınızda pozitiv dəyişikliklər olacaq. Həmçinin bu il bir qədər diqqətli olun, yəni ki, evinizi və maşınınızı qoruyun. Pul və iş – karyeranızda canlanma olacaq. Məşhur olmağa can atan qızlar üçün bu ideal bir ildir. 2013-cü il yeniliklərin və qazancın ili olacaq. İş səyahətlərinə çıxa biləcəksiniz. Eyni zamanda əgər bir iş quracaqsınızsa, bunu tək başına etməlisiniz. Şərikli iş görməyiniz məsləhət deyil.

Tərəzi – 2013-cü il uzun müddətli planlarınızın həyata keçirə biləcəyiniz bir ildir. Ürəyinizin istəmədiyi bir işin arxası ilə getməyin. Çalışın hər zaman insanlarla münasibətdə olun, insanlardan qaçmayın. İlham pəriləriniz bu il sizinlə olacaq. Bir kitab yaza və ya işinizlə bağlı yeniliklər edə bilərsiniz. Bol kalorili yeməklər yeyin. Sağlamlığa zərər verəcək yeməklərdən qaçın. Yeməklərinizdə daha çox göyərtidən istifadə edin. Tənbəllikdən özünüzü qoruyun. Pul və iş – bu il məhsuldar zaman olacaq.  Öz ixtisasınızı inkişaf etdirməlisiniz. Bu hər hansı təhsil proqramı və ya magistr ola bilər. Bu il hədəflərini müəyyənləşdirməlisiniz. Həmçinin 2013-cü ildə borclarınızdan qurtula və rahat nəfəs ala bilərsiniz.

Əqrəb Çətinliklərdən sonra həyatınızda yeniliklər yaşanacaq. Çətin iş rejiminiz olsa da, özünüzü sakit aparmalısınız. Keçən il sizi üzən nə varsa, bu il üzünüzü güldürəcək. Eyni zamanda bu il gələcəyinizi planlama sarıdan da çox yaxşıdır. Bu ili sizin üçün dönüş ili adlandırmaq olar. Pul və iş – borc, artıq xərcləmələr və kreditləri azaltsanız yaxşı olar. Xərcləmələrdə diqqətsiz olsanız, bu il ağır borclarınız yarana bilər.

OxatanBu il yeni macəralar və hadisələr sizi gözləyir. Sizin üçün aydın olmayan nə varsa, hamısı, hamısı su üzünə çıxacaq. Başa düşmədiniz insanların xarakterlərini, onların əsil üzlərini görə biləcəksiniz. Qarşınızda monotonluqdan uzaq olan imtahanlarla dolu bir il sizi gözləyir. Qara ilan ili sizə çox şey öyrədə bilər. Arada bir üzünüz gülsə də, heç nəyi görməzdən gəlməyin. Siz azadlıq sevər insansınız. Buna görə də çox şeyləri itirə bilərsiniz. Daha yumşaq və sakit qalmasınız. Vicdan əzabı kimi davranışları bu il tərk etməlisiniz. Cəsarətli olun, çünki hər an şans qapınızı döyə bilər. Pul və iş – Hədəflərinizi yaxşı müəyyənləşdirin. Ən təhlükəli qərar sizin qərarsızlığınızdır. Çünki qazanc sizin qapınızı qəfildən döyə bilər. Demək olar ki, bu itirmək qorxunuz yoxdur. Həyəcanverici 2013-cü il sizə qazanc və bərəkət gətirəcək. Bu il lazımsız xərcləmələrin əvəzinə özünüz üçün sərmayə qoymalısınız. Ev sahibi ola bilərsiniz. Bizneslə məşğul olan oxatanlar öz işlərini daha da irəliyə apara bilərlər. Keçən ilki xəyal qırıqları bu il gözünüzü qorxutmasın, baş verən hər bir hadisə sizin lehinizədir.

Oğlaq2013-cü il ilan ilinin ilk aylarında ruhi sarsıntılar keçirə bilərsiniz. Amma öz işinizlə məşğul olmalısınız. Çətin bir dönəmdən keçirsiniz. Buna görə də çalışın daima insanlarla ünsiyyətdə olasınız. Bununla yanaşı, qarşınıza çıxacaq fürsətləri yaxşı dəyərləndirməlisinz. Həmçinin öz səhhətinizin də qayğısına qalmasınız. əsəb sisteminizə müalicə etdirin. Pul və iş – tənbəllikdən uzaq olun. Təhsilinizə diqqət yetirin. 2013-də pulunuza nəzarət edin, çünki pul sarıdan çətinlikləriniz olacaq. Buna görə də çox çalışmalısınız.

Dolça 2013-cü il ilan ili çətin bir il olacaq. Onsuz da 2012-ci il sizi çox yordu, çox əzab çəkdiniz. Eləcə də səhhətiniz sizə normal yaşamağa imkan vermədi. Amma heç bir faciə olmadan 2012-ni geridə buraxdınız. Çalışın bu il özünüzə vaxt ayırın. Ağır idman və problemli insanlardan uzaq olun. Ürəyinizin qeydinə qalın. Pul və iş – Tutduğunu qopardan bir xarakterə sahibsiniz. İradəniz nəticəsində 2013-cü ildə sağlam addımlarla irəliyə gedə biləcəksiniz. Bu il çox  güclü rəqabətlə üz-üzə gələcəksiniz. Dostlarınızdan çoxu sizin irəliləməyinizə mane olmaq istəyəcək. Bu gərginlik sizi ola bilsin ki, yorsun. Amma bu da bir təəccübdür.

BalıqlarHəddindən artıq həssas olduğunuz üçün bu il ətrafınızda olan insanlarla daha da yaxından maraqlanacaqsınız. Öz problemlərinizi arxa plana atacaqsınız. Llakin bu il çox tənbəlləşəcəksiniz. Bu da sizin bəzi işlərinizin irəli getməsinə imkan verməyəcək. Ona görə də məsləhət budur ki, tezliklə özünüzə gələsiniz. Maddi sıxıntılarınıza görə, istəmədiyiniz insanlarla, istəmədiyiniz yerlərdə işləməyə məcbur olacaqsınız.

Hazırladı: Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir