Modern.az

Bakıda 6 avtomobil 6344 manata satışa çıxarılıb

Bakıda 6 avtomobil 6344 manata satışa çıxarılıb

16 Sentyabr 2009, 13:09

Oktyabrın 13-də Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində nəqliyyat vasitələrinin hərracı keçiriləcək. Mərkəzdən Modern.az-a verilən məlumata görə, həmin gün hərraca 6 ədəd avtomobil çıxarılacaq. Bunlardan ikisi QAZ-3110, ikisi QAZ-3102, biri Hyundai H-100, biri isə VAZ-21074-dür. Maraqlıdır ki, Hərrac komissiyası altı avtomobilə cəmi 6344 manat qiymət qoyub. Maşınlardan ən ucuzu 350 manata satışa çıxarılan QAZ-3102-dir. Onun buraxılış ili 1988-dir. 1998-ci ilin istehsalı olan  QAZ-3102-lərdən biri isə 458 manata təklif olunur. 1998-ci ildə buraxılmış  Hyundai H-100-ün qiyməti isə vur-tut 1083 manatdır.
Bu avtomobillərin hərracında iştirak  etmək istəyənlər hərracın başlanılmasına ən gec üç gün qalanadək Hərrac komissiyasına müvafiq sənədlərlə  müraciət etməlidir. Bunlar sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd,  Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəddir (10%  məbləğində beh Milli Bankda - 0132010004944 nömrəli hesaba köçürülməlidir).



Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı