Modern.az

“Ədəbiyyat”ın baş redaktorundan yazıçılara cavab: “Öncə yaxşı yazı yazsınlar, sonra irad bildirsinlər”

“Ədəbiyyat”ın baş redaktorundan yazıçılara cavab: “Öncə yaxşı yazı yazsınlar, sonra irad bildirsinlər”

13 Dekabr 2012, 12:50

“Ədəbiyyat” qəzetini bəyənməyənləri yaxşı tanıyıram. Onlar əvvəlcə yaxşı yazı yazsınlar, sonra irad bildirsinlər”. Bunu Modern.az-a açıqlamasında “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı bildirib.

Xatırladaq ki, AYB sədri Anar Birliyin orqanı olan “Ədəbiyyat” qəzeti ilə bağlı narazılıqlardan danışarkən yazıçı həmkarlarını yazı yazmağa səsləmişdi. Modern.az-a açıqlamalarında isə bir sıra tanınmış yazıçılar bu qəzetlə əməkdaşlıq eləmək fikrində olmadıqlarını dilə gətirmişdilər. Seyran Səxavət isə bildirmişdi ki, “yazının hər vergülünü, hər nöqtəsini iyləyən baş redaktorla” ümumiyyətlə əməkdaşlıqdan danışmaq olmaz.

Öz növbəsində “Ədəbiyyat” qəzetinin baş redaktoru bu iradları cavablandırıb:
“Kimsə nəyisə bəyənməyə bilər, heç nəyi oxumayıb bəyənməyə bilər. Siz oxucularsınız, oxuyun, görün, bu qəzetdə nə xoşunuza gəlir, nə xoşunuza gəlmir? Dedi-qodu sözlərə başqa nə cavab vermək olar ki!? Mən o adamlarla da işləmişəm. Bilirəm, kimin qabında nə var. Onlara cavab verməyə ehtiyac duymuram. Ən layiqli cavabı “Ədəbiyyat” qəzetinin özü verir”.

Daha sonra baş redaktor deyib: “Heydər Əliyev deyirdi ki, “mən “Ədəbiyyat” qəzetini Moskvada işləyəndə, işləməyəndə də həmişə oxumuşam”. Amma bu adamlar qəzeti heç vaxt əllərinə almayıb. Zəhməti itirənlər çoxdur, amma eybi yox, canları sağ olsun”.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu