Modern.az

Ermənilərin Qarabağa dair filmi rəsmən “Oskar”a namizəd oldu - HADİSƏ

Ermənilərin Qarabağa dair filmi rəsmən “Oskar”a namizəd oldu - HADİSƏ

Mədəni̇yyət

13 Dekabr 2012, 13:55

Azərbaycan tərəfi birmənalı qarşılanmayan filmin ssenarisinin plagiat olduğunu bəyan edib

Ermənistan Qarabağ müharibəsi barədə çəkilmiş “Əgər hamı…” filmini rəsmi olaraq “Oskar” mükafatına namizəd kimi təqdim edib. Modern.az bildirir ki, bu barədə ABŞ-da çıxan “Kaliforniya Kuryeri” qəzeti məlumat yayıb. Ötən həftə Hollivudda keçirilən “Arpa” kinofestifalında filmin premyerası keçirilib.

Kino sənəti və elmləri Akademiyasının açıqladığı press-relizdə bidirilir ki, erməni filmi “ən yaxşı xarici film” nominasiyasına təqdim edilib. Dekabrın 20-də Akademiya “ən yaxşı xarici film” nominasiyasına daxil edilmiş 9 filmin siyahısını açıqlayacaq. 10 yanvar 2013-cü ildə isə 5 finalçı bəlli olacaq. Fevralın 24-də “Oskar” mükafatını alan filmin adı açıqlanacaq.

Filmində Qarabağ müharibəsində atasını itirmiş rus qızının hekaysi təqdim olunur. 20 ildən sonra qız Qarabağa gələrək burda öldürülmüş atasının adsız qəbrini tapmaq istəyir. Atasının döyüşdüyü hərbi hissənin keçmiş komandirinin köməyi ilə qız öyrənir ki, atasının basdırlıdığı yer Azərbaycan tərəfindədir. Qız erməni hərbçsinin köməyi ilə gecə ikən Azərbaycan sərhəddini keçir. Atasının qəbri üstə ağcaqayın əkən zaman silahlı azərbaycanlı çoban onları tutur və öldürmək istəyir. Hər ikisi əhvalatı çobana danışırlar. Kövrəlmiş çoban onları buraxır və deyir ki, Qarabağ müharibəsində 10 yaşlı oğlunu ermənilər öldürüb. Film qız və erməni hərbişinin 10 yaşlı azərbaycanlı oğlanın qəbri üstə ağac əkmə səhnəsi ilə bitir.

Qeyd edək ki, “Əgər hamı..” filmi Azərbaycanda birmənalı qarşılanmayıb. Azərbayacanın tanınmış yazçısı Elçin Hüseynbəyli bəyan edib ki, ermənilər onun rus dilində çap olunmuş hekayəsini plagiatlıq edərək ssenari yazıblar.



X.SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir