Modern.az

İrandan tar alətinə dair yeni İDDİALAR: “Əlimizdə sənədlər var”

İrandan tar alətinə dair yeni İDDİALAR: “Əlimizdə sənədlər var”

Mədəni̇yyət

13 Dekabr 2012, 14:06

İranlıların tar musiqi alətinə olan iddiaları davam edir. “İran Musiqi Evi”nin sözçüsü tar alətinin YUNESKO-da Azərbaycan adına qeydiyyatdan keçməsini regionda musiqi tarixinin kobud şəkildə təhrif edilməsi kimi qiymətləndirib.

”Bu alət İrandan Azərbaycana keçib. Bir sıra dəyişiklikdən sonra ona Türk tarı deyiblər. Əgər tar Türk musiqi alətidirsə, onda niyə onlar İran musiqisinin muğamlarını və dəsgahlarını ifa edirlər?” deyə “İran Musiqi Evi”nin sözçüsü Dariuş Pirniakan “Mehr” Xəbər Agentliyinə bildirib.

Pirniakan iddia edib ki, tar YUNESKO-nun siyahısına Azərbaycan və İran birgə musiqi aləti kimi salınmalıdır.
Pirniakan bu məsələ ilə bağlı İranın YUNESKO-dakı nümayəndələrini də günahlandırıb və deyib ki, “İran Musiqi Evi” məsələ ilə əlaqədar  İranın mədəniyət nazirinə məktub yazaraq, öz etirazını bildirəcək.

“İran Musiqi Evi”nin rəhbəri Həmidrza Nurbəxş isə “Mehr” Agentliyinə deyib ki, “tarın İrana aid olduğunu sübut edən bir çox tarixi sənəd var. Həmin sənədlər tezliklə nəşr olunacaq”.

Modern.az



 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!