Modern.az

Polad Alemdarın gerçək arvadı kimdir? - FOTO

Polad Alemdarın gerçək arvadı kimdir? - FOTO

13 Dekabr 2012, 17:44

“Kurtlar Vadisi” serialında Polat Alemdar xarakterini canlandıran Necati Şaşmaz dünən sürpriz qərarla ailə həyatı qurub. 1971-ci il təvəllüdlü aktyor 3 il öncə vəfat edən yazıçı Ömər Lütfi Metenin qardaşı qızı 1992-ci ildə doğulan Yıldız Teknik Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Nagehan Kaşıkçı ilə evlənib.

Yazıçı Ömər Lütfi Mete kimdir?

Ömər Lütfi Mete “Kurtlar Vadisi” serialının ilk sezonlarında prodüserlik və filmin ssenarisinin yazılışında də iştirak edib. Gizli dövlət və şəbəkələr mövzusunda kitabları və araşdırmaları olan Ömər Lütfü Mete “Kurtlar Vadisi”nin mənəvi atası olaraq bilinirdi. O, 2009-cu ildə ürək infarktından vəfat edib.

Çox az sayda qonağın dəvət olunduğu toy mərasimində gəlin son dərəcə cazibədar və sadə gəlinlik geyinib.

“Kurtlar Vadisi” serialının komandası mərasimə qara rəngdə kostyumla qatılıblar. Nikah zamanı Necati Şaşmaz “Bəli” sözündən əvvəl “Bismillah” deyib.

Məşhur aktyor ailəsinin bəyənib seçdiyi xanımla evlənib

N. Kaşıkçını Necati Şaşmazın ailəsi seçib bəyənib. Cütlük bal ayını Maldiv adalarında keçirəcək. 

Qeyd edək ki, aktyor iki ilə yaxın idi ki, “Muhteşem Yüzyil” serialının aktrisası Nur Fettahoğlu ilə sevgili olub və bu yaxınlarda mətbuata açıqlamasında ayrıldıqlarını elan etmişdi.




 

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?