Modern.az

“Qalatasaray” Bakıda...

“Qalatasaray” Bakıda...

13 Dekabr 2012, 18:44

Bu gün Bakı şəhəri, Azadlıq prospekti 99 ünvanında"GS Store" mağazalar şəbəkəsinin rəsmi açılış mərasimi keçirilib. Modern.az xəbər verir ki, açılış mərasiminə “Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Abdürrahim Albayrak, klubun Azərbaycandakı xeyli azarkeşi və media nümayəndələri iştirak edib. A.Albayrak rəsmən mağazanın rəsmi açılışını edib. Klubun idarə heyətinin üzvü “Qalatasaray” azarkeşlərini salamlayaraq, açılışa gələn hər kəsə təşəkkürünü bildirib. Həmçinin klub rəsmisi “Qalatasaray”ın başqanı Ünal Aysal və baş məşqçi Fatih Terimin qucaq dolu salamlarını azarkeşlərə çatdırıb. Daha sonra klub rəsmisi jurnalistlərə açıqlama verib. O bildirib ki, hər kəs “GS store BAKU" mağazasından klubun orijinal geyimlərini əldə edə biləcək.

“İnşallah bol şanslı mağaza olar. Burada daha çox mal satılar. Bu baxımdan azəri qardaşlarımıza güvənirəm. Burada mallar orijinal olacaq”.   A.Albayrak bazar günü oynanılacaq "Qalatasaray" - "Fənərbaxça" oyunundan danışıb. Klubun idarə heyətinin üzvü bildirib ki, bu dünya tarixinə keçəcək bir derbidir.  

“Hər iki komandaya uğurlar arzulayıram. Komandamız bu oyuna hazırlaşır. Görəcək işlərimiz çoxdu. Çoxlu oyunlar oynadığımız üçün həm komandamız, həm də baş məşqçimiz çox yorğundur. Bizdə çox istərdik komandamız burada olsun. Çempionat fasilələrinin birində bura gəlib, yoxlama oyunu keçirmək istəyirik”.   Burak Yılmazın transferi haqqında danışan klub rəsmisi onun çox yaxşı oyunçu olduğunu deyib.  

“Onu çox çətin şərtlərlə almışıq. Bunu da “Qalatasaray” rəhbərliyinin uğuru kimi qiymətləndirmək olar. Çətinliklə əldə etdiyimiz bu futbolçunu satmaq fikrində deyilik”  

Anar Kəlbiyev
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı