Modern.az

Mədəniyyət və Turizm Nazirliyi: “O erməni filmi ətrafında səs-küy qaldırmaq lazım deyil”

Mədəniyyət və Turizm Nazirliyi: “O erməni filmi ətrafında səs-küy qaldırmaq lazım deyil”

14 Dekabr 2012, 09:58


Ermənistanın Qarabağ müharibəsi barədə çəkilmiş “Əgər hamı…” filminin “Oskar” mükafatına namizəd kimi təqdim edilmə məsələsinə Mədəniyyət və Turizm Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Modern.az-a bildirib ki, bu film ətrafında səs-küy qaldırmaq lazım deyil:

“Film haqqında çıxan məlumatdan belə məlum olur ki, bu, bir sülhməramlı filmdir, onlar bu filmi belə təqdim edirlər. Ancaq Qarabağ müharibəsinin acı nəticələri haqqında guya, pasifist kinolent, yəni müharibəni sevməyən adamların adından film çəkiblər.
“Əgər hamı...”nı görənlərin rəyi onu deyir ki, bu film orta bədii keyfiyyətlərə malikdir və biz bu film ətrafında səs-küy qaldırsaq, siyasi film adlandırıb, ona təzyiq göstərsək, bunu siyasi təzyiqlərin qurbanı kimi qələmə vermiş olacağıq. Bu ehtimal çox böyükdür”.

Nazirlik rəsmisinin sözlərinə görə, belə səs-küy filmə əlavə səslərin qazandırma ehtimallarını artırır:
““Oskar” Akademiyasının üzvləri isə yaradıcı insanlardır. Bu filmin ətrafında yaradılacaq hay-həşir Akademiya üzvlərinin “Əgər hamı...”ya əlavə səslərin verilmə ehtimalını artırır“.

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir