Modern.az

“Səhranın bəyaz günəşi”nin rejissoru öldü

“Səhranın bəyaz günəşi”nin rejissoru öldü

22 Fevral 2010, 10:35

Rusiyanın tanınmış kinorejissoru Vladimir Motıl dünyasını dəyişib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 83 yaşlı rejissor dünən gecə saatlarında Moskva xəstəxanalarından birində vəfat edib. Rejissor fevralın əvvələrində reanimasiyaya götürülüb. Son ana qədər həkimlər onun durumunun ağır olduğunu bildiriblər.

Motıl “Səhranın bəyaz günəşi” filmini çəkib. Sovet dönəmində milyonların sevdiyi bu kino əsərin ssenarisini azərbaycanlı kinodramturq Rüstəm İbrahimbəyov yazıb. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı