Modern.az

Dünyanı dəyişən 10 kitab - SİYAHI

Dünyanı dəyişən 10 kitab - SİYAHI

15 Dekabr 2012, 10:13

Modern.az saytının oxuculara daha bir töhfəsi. Saytımızın ədəbiyyat bölməsində hamınızın diqqətinə səbəb olacaq “Bunları bilmək vacibdir” rubrikasına başlayırıq. Burada tanınmış elm, ədəbiyyat və mədəniyyət adamlarının hec kimə bəlli olmayan, qeyri-adi tərəfləri, elmi sirlər və insan təfəkkürü, eləcə də mənəviyyatı üçün dəyərli sayılacaq məqamlar diqqət mərkəzində olacaq.

İlk olaraq isə dünyanı dəyişən 10 kitabı nəzərinizə çatdırmaq istəyirik.

10-cu yer. Ziqmund Freyd - “Yuxu yozmaları” kitabı. Bu kitab psixoanalizə ən böyük töhfə hesab olunur. Lakin ilk illər satışı çox uğursuz olub. Hətta 600 nüsxənin satılması üçün bir neçə il lazim gəlib.

9-cu yer. Simon De Bevuar - “İkinci cins” əsəri. Bu kiatb feminizm tarixinin əsas kitablarından sayılır. Bevuar bu kitabda tarix boyu qadınlardan ikinci cins kimi istifadə edildiyini vurğulayıb.

8-ci yer. Herodot - “Tarix” əsəri. Kitab eramızdan əvvəl 440-cı ildə yazılıb, İran-Yunan, həmçinin yunan şəhər dövlətlərindən bəhs edilir. Bu kitabla tarix elminin əsası qoyulub.

7-ci yer. Qalileo Qaliley - “Dialoq” əsəri. Bu əsər bəşəriyyərin əsas konflikt və müzakirə obyektinə çevrilən elm və din qarşıdurmasının əasaını qoyub. Bu əsərə görə Qaliley əvvəl həbs olunub, sonra isə faciəli şəkildə edam edilib.

6-ci yer. İshaak Nyuton - “Riyaziyyatın prinsipləri”. 1687-ci ildə yazılmış əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub.

5-ci yer. Çarlz Darvin - “Növlərin mənşəyi”. Əsərdə yeni növlərin meydana gəlməsi və onların zamanla təkamülündən bəhs edilir. Elmi və dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyəsi indi də mübahisə obyektidir.

4-cü yer. Adam Smit - “Millətlərin sərvəti”. Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını, azad iqtisadiyyatı və rəqabəti formalaşdırıb.

3-cü yer. Karl Marks və Fridrix Engels - “Kommunist” manifesti. Tarixdə ən çox iz qoyan siyasi əsərlərdən sayılır. Manifest bütün insanların bərabər olduğu sinifsiz bir cəmiyyət yaratmağa çalişırdı.

2-ci yer. İncil. Bu kitab yaranmasından iki əsr sonra bütün Roma imperiyasını bütpərəstlikdən xilas edib . İncil vasitəsilə xristianlıq bütün dünyaya yayılıb.

1-ci yer. Qurani-Kərim. İslam dininin müqəddəs kitabı sayılan Quran təkcə 1 milyarddan çox müsəlmanın deyil, eləcə də bütün bəşəriyyəti dəyişən ən möhtəşəm kitab hesab olunur.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir