Modern.az

Qul Nəsimi: azəri adaşının heyranı olmuş anadolulu şair

Qul Nəsimi: azəri adaşının heyranı olmuş anadolulu şair

15 Dekabr 2012, 11:17

Ədəbiyyat tarixində Nəsimi adlı bircə şair tanınır. Amma arxivdə təxminən yüzə yaxın şeiri tapılan başqa bir Nəsimi də var. Bu Nəsiminin başqa bir şair olduğunu, onun həyatıyla bağlı məlumatları və şeirlərini ilk dəfə bir kitabda (Kul Nesimi, 1969) toplayıb ortaya çıxaran türkiyəli yazar, folklorşünas Cahid Öztellidir. O, “Kul Nesimi” adlı kitabında İmadəddin Nəsimini haqqında danışdığımız Nəsimidən ayırmaq üçün ikinciyə “Qul Nəsimi” deyərək müraciət edir.

Qul Nəsiminin şeirlərindən çox azı gəlib çatıb, onların da İmadəddin Nəsiminin şeirləri olduğu hesab edilib. Heca vəznində yazılan şeirlərin belə onun yeni şeirləri olacağı düşünülüb. C. Öztellidən daha əvvəl Sadəttin Nuzhət “Bektaşi şeirləri” adlı əsərində yeni bir şair qarşısında olduğumuza işarə etmiş, şairin həyatı haqqında məlumat vermədən altı şeirini yayınlayıb. Ad oxşarlığı və hər ikisinin də hürufi olması qarışıqlıq yaratsa da bu şairlərin dilləri çox fərqlidir.

İkinci Nəsiminin XVII əsrdə yaşadığını isbatlayan kifayət qədər məlumatlar var.

Bir şeirində Qul Nəsimi belə deyir:

İkiyüz altmış dört yıldan sonra,
Bu nazmilə bunu ettim ben izhar.

Bu şeirdə hürufiliyin qaydalarıyla birlikdə özündən də bəhs edən Qul Nəsimi yuxarıdakı beytdə İmadəddin Nəsiminin ölüm ilini və tutduğu yolu söyləmək istəyir. İmadəddin Nəsiminin ölüm ilinin (1417) üstünə 264 gələndə 1681 edir. Bu şeiri yetkinlik, gənclik vaxtlarında yazdığı qəbul edilərsə, Qul Nəsiminin XVII əsrin əvvəllərində Türkiyənin Anadolu ərazisində doğulduğunu düşünmək yanlış olmaz. Həmçinin şairin başqa bir şairin dilinin xüsusiyyətlərini bu qədər mənimsəyərək bu əsrdən uzağa aparmaq imkanı da inanılmazdır. Dili bütövlükdə XVII əsr xalq ədəbiyyatı şairlərinin dilidir.

Bundan əlavə, öz dövründə yaşamış şairlərin Qul Nəsiminin şeirlərinə yazdıqları nəzirələri də var.

XVII əsrin birinci yarısı, demək olar ki, bütünlüklə Osmanlı-Səfəvi müharibələrlə yadda qalıb. Qızılbaş ordusu Bağdad şəhərini ələ keçirib, Osmanlı ordusu bir necə dəfə uğursuz müdaxilə etsə də, nəhayət, 1639-cu ildə IV Murad Bağdadı geri qaytarıb. Bu vaxtlar ərzində Osmanlı torpaqlarındakı qızılbaş-şiələrin Səfəvi dövlətini dəstəklədiyi məlumdur. Qul Nəsimi də siyasi hadisələrə biganə qalmayıb üsyanlara qoşulub, buna görə də tutularaq mühakimə olunmuşdur.

Şairin əsl adının Əli olduğu şeirlərindən birində məlum olur:

Mahlasım Nesimi, ismim Ali`dir,
Bu çarh dönmektedir, sanmam halidir,
Şükür kalbim iman ile doludur,
Curmi`i isyanımız beleden beri.

Şiə-bektaşi inanclarına bağlı olan, hər şeirində bunu dilə gətirən Qul Nəsiminin, elə Nəsimi ləqəbini də hürufi şair İmadəddin Nəsimiyə olan sevgisinə görə götürdüyü iddia edilir.

Ehli-iman işlerin şol demde inkar ettiler,
Çün Nesimiyi Halep şehrinde berdar ettiler,
Oyle kim cevr eyleyup zülm ile hakkı bastırdılar,
Ahsen-i takvimi gör kim inkar ettiler.
Soydular çıkardılar tenimden çün derimi,
Yas edup gökte melekler cümlesi zar ettiler,
Ey Nesimi, vasil oldun Halik-i Rahman`a sen,
Cenneti-ul me`vayi buldun, yerin gulzar ettiler.

Həm Cəfəri, həm də Heydəri olduğunu söyləyən Qul Nəsiminin Əli`yə olan sevgisi son həddədir. Bunu bir şeirindən örnək verərək göstərmək olar:

Hak katında alemin mahbub-i Rahmandır Ali,
 Evliyalar serveri hem Şah-ı Merdandır Ali,
 Ey Nesimi “Men aref” sırrın bilendir Ademi,
Ademin hem suretinde harf-i Kurandır Ali.

Qul Nəsimi haqqında heç bir tarixi sənəddə və başqa əsərlərdə heç bir məlumata rast gəlinmir. Ona görə də həyatını, yaşamı, inancları haqqındakı məlumatları ancaq şeirlərindəki mənalarla başa düşmək mümkün olur.

Sonda Qul Nəsimini İmadəddin Nəsimin adına çıxan ən məhşur şeirinə nəzər yetirək:

Ben yitirdim ben ararım,
Yar benimdir kime ne.
Gah giderim öz bağıma ,
Gül dererim kime ne.

Gah giderim medreseye,
Ders okurum Hak için,
Gah giderim meyhaneye,
Dem çekerim kime ne.

Sofular haram demişler,
Bu aşkın şarabına,
Ben doldurur ben içerim,
Günah benim kime ne.

Ben melamet Hırkasını,
Kendim giydim eğnime,
Ar ü namus şişesini,
Taşa çaldım kime ne.

Sofular secde ederler,
Mescidin mihrabına.
Yar eşiği secdegahım,
Yüz sürerim kime ne.

Gah çıkarım gökyüzüne,
Hükmederim kaftan kafa,
Gah inerim yeryüzüne,
Yar severim kime ne.

Kelp rakip böyle diyormuş,
Güzel sevmek pek günah,
Ben severim sevdiğimi,
Günah benim kime ne.

Nesimi`ye sordular ki,
Yarin ile hoş musun?
Hoş olayım olmayayım,
O yar benim kime ne.

Nilufər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır