Modern.az

“İlan ili”ndə doğulan azərbaycanlı və əcnəbi məşhurlar - SİYAHI

“İlan ili”ndə doğulan azərbaycanlı və əcnəbi məşhurlar - SİYAHI

Aktual

18 Dekabr 2012, 09:48

2013-ə - “İlan ili”nin gəlişinə artıq az müddət qalıb. Bu ili fəlakətlər, müharibələr, qıtlıq ili kimi qeyd edirlər. Amma “İlan ili”ndə anadan olanlar öz müdrikliyinə, uzaqgörənliyinə və hökmünə görə həmişə seçilib.

İlan – gözəllik, müdriklik və incəsənət nümunəsidir. Güclü işçi qabiliyyətinə malikdir, lakin kinlidir. İlan – ağıllı varlıqdır, heç nədən heç kimə zərər yetirməz. “İlan ili”ndə anadan olmuş insanlar ağıllı, soyuqqanlı və dözümlü olurlar. Bəxti çox şeydə gətirir, istədiyi çox şeyə nail ola bilir. “İlan ili”ndə doğulan insanlar həmişə yaxşı geyinməyi sevirlər, lakin bir az eqoistdirlər, köməyə isə ancaq rəğbəti olduqda çatarlar. İlan heç vaxt başqalarının fikirlərinə inanmır, buna görə də öz intuisiyasına arxalanaraq hər şeyi özü həll etməyi üstün tutur, özlərinə güvənməkdə həddi aşırlar. O, öz məqsədinə çatmaq üçün hər şeyi alt-üst edə bilər.

Bəs “İlan ili”ndə hansı məşhur insanlar və ya tanınmış ictimai-siyasi xadimlər anadan olub? Bir əsrə yaxın keçmişdə (1905, 1917, 1929, 1941, 1953, 1965, 1977) “İlan illəri”ndə anadan olanları təqdim edirik.

Öncə Azərbaycanda...

1905....

Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin yanvar ayında anadan olub.

1929-cu il...

Bu ildə əfsanəvi diktor Aydın Qaradağlı, opera müğənnisi Lütfiyar İmanov, şair, tərcüməçi Hikmət Ziya, xalq artisti Oqtay Zülfüqarov anadan olub.

1941-ci il…

Azərbaycanın əməkdar artisti Hamlet Xanızadə, hüquq müdafiəçisi Novella Cəfəroğlu, aktrisa Lütviyyə Səfərova, sabiq deputat Şahlar Əsgərov, xalq artisti Ağaxan Salmanov, kinorejissor, xalq artisti Eldar Quliyev, müğənni, xalq artisti Flora Kərimova anadan olanlardır.

1953-cü il…

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə anadan olub. 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da həmin ildə dünyaya gəlib.

Millət vəkili Asim Mollazadə  6 iyun 1953-cü ildə Bakı şəhərində anadan olub. 

Rejissor, ssenarist Vaqif Mustafayev 1953-cü ildə Bakıda doğulub.

1965-ci il…

Məşhur müğənni, xalq artisti Brilliant Dadaşova 15 sentyabr 1965-cu ildə Bakı şəhərində anadan olub. Eyni zamanda müğənni Eyyub Yaqubov 26 aprel 1965-ci ildə doğulub.

Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev 1965-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub.

ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev də 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində doğulub.

Tarix elmləri namizədi Altay Göyüşov, millət vəkili Qüdrət Həsənquliyev də “İlan ili”ndə anadan olanların arasındadır.

1977-ci il...

1977-ci ildə azərbaycanlı zabit Ramil Səfərov dünyaya gəlib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub.

1977-ci ildə cənubi azərbaycanlı müğənni Araş da dünyaya gəlib.

İndi isə dünyaya nəzər salaq...

Çarlz Darvin, Pablo Pikasso, Avraam Linkoln, Qreta Qarbo, Mühəmməd Əli, İndira Qandi, Çon Kennedi, fransız modelyer Kristian Dior, Misirin keçmiş birinci xanımı Syuzan Mübarək, Türkiyənin keçmiş prezidenti Əhməd Necdət Sezər, məşhur ilahiyyatçı Fətullah Gülən, gürcü şahmatçısı, qadın şahmatı tarixində beşinci çempion Nona Qaprindaşvili, türk müğənnisi Müslüm Gursəs, hind aktyoru Şahrux Xan, portuqaliyalı futbolçu Deko, ingilis siyasətçi Toni Bler, pakistanın mərhum baş naziri Bənazir Bhutto, Yasir Ərafat, aktyor Bred Pit “İlan ili”ndə anadan olanlar sırasındakı tanınmışıardır.  

Biz sizə bir əsrə yaxın tarixdə anadan olan bəzi məşhurları təqdim etdik. İnşallah gələn “Qara ilan ili”ndə Azərbaycan tarixində iz buraxa biləcək nəsillər yetişər...

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!